25/12/2017
Dekabrın 23-də Ucarda AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Diferensial tənliklər” şöbəsinin aparıcı elmi işçisi, funksional analiz, diferensial tənliklər və ehtimal nəzəriyyəsi sahəsində görkəmli mütəxəssis, Əməkdar müəllim, fizika-riyaziyyat elmləri doktoru, professor Nadir Süleymanovun 85 illik yubileyinə həsr olunan tədbir keçirilib. Yubiley tədbiri Ucar rayon İcra Hakimiyyəti və AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun birgə təşkilatçılığı ilə keçirilib. […]
27 dekabr 2017-ci il tarixində saat 10:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun ümuminstitut seminarında Yüzüncü Yıl Universitetinin (Türkiyə) əməkdaşı f-r.e.d., prof. Heybətqulu Mustafayev “Banax cəbrlərində multiplikatorların bəzi erqodik xassələri” mövzusunda məruzə edəcəkdir. Məruzədə, multiplikatorlar üçün erqodik nəzəriyyənin bəzi məsələlərindən bəhs ediləcək. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
25/12/2017
AMEA Riyaziyyat və Mexanika İnstitutunun nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D.01.111 dissertasiya şurasının iclasında Rəşid Əvəzağa oğlu Əliyevin “Kompleks ölçülərin Koşi tipli inteqrallarının sərhəd xassələri və analitik funksiyaların yaxınlaşma nəzəriyyəsinin bəzi məsələləri” mövzusunda 1202.01– Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq […]
“Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı növbəti seminarı keçirilib. Seminarda şöbənin dissertantı dosent Həsənov Sabir Qəhrəman oğlu “Kəsr-maksimal operator və onun kommutatorunun ümumiləşmiş Orliç-Morri fəzalarında məhdudluğu üçün Adams tipli meyarlar” mövzusunda məruzə edib. Məruzədə ümumiləşmiş Orliç-Morri fəzalarında kəsr-maksimal operator və onun kommutatorunun məhdudluğu üçün Adams tipli meyarlar haqqında danışılıb. © Bütün […]
Bu gün “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda Riyaziyyat və Mexanika İnstitutunun baş elmi işçisi, f.-r.e.d., prof. Kamil Ayda-zadə “Çubuğun qızdırılması prosesinin əks əlaqəli idarəolunması zamanı nəzarət nöqtələrinin yerlərinin optimallaşdırılması” mövzusunda məruzə edib. İşdə çubuğunun qızdırılması prosesinin əks əlaqəli idarəolunması zamanı nəzarət nöqtələrinin optimal yerləşdirilməsinə yanaşma təklif edilib. Məsələnin funksionalının qradiyentinin komponentləri üçün düsturlar […]
22.12.2017-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin dissertantı dosent Həsənov Sabir Qəhrəman oğlu “Kəsr-maksimal operator və onun kommutatorunun ümumiləşmiş Orliç-Morri fəzalarında məhdudluğu üçün Adams tipli meyarlar” mövzusunda məruzə edəcəkdir. Məruzədə ümumiləşmiş Orliç-Morri fəzalarında kəsr-maksimal operator və onun kommutatorunun məhdudluğu üçün Adams tipli meyarlar haqqında […]