Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Gənc Riyaziyyatçılar məktəbi” dinləyici qəbulu elan edir

AMEA Riyaziyyat və Mexanika İnstitutu 2017-ci ilin birinci yarısından “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində şagirdlər arasında riyaziyyatın geniş təbliğini və populyarlaşdırılmasını təşkil etmək, gələcəkdə elmi yaradıcılığa meyilli şagirdlərin seçilməsi və onlara riyazi biliklərə yiyələnməkdə yardım etmək, istedadlı uşaqların, gənclərin vaxtında aşkar edilməsi və müəyyən elm və təhsil fondlarının onların təhsilinə yardımını təşkil etmək, müəllim-pedaqoji […]

“Nəsirəddin Tusinin riyaziyyatın inkişafında rolu” adlı məqalə çap olunub

AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov və  “Elmi-Texniki İnformasiya” şöbәsinin müdiri, professor Ramiz Aslanovun “Nəsirəddin Tusinin riyaziyyatın inkişafında rolu” adlı 8 səhifəlik məqaləsi çap olunub. Məqalə Azərbaycan xalqının elm və mədəniyyət tarixinə, Nəsirəddin Tusinin qısa tərcümeyi halına və yaradıcılıq yoluna həsr edilmişdir. Əsərdə həmçinin Nəsirəddin Tusinin riyaziyyat və astronomiya sahəsində əldə […]

E L A N

27.10.2017-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin böyük elmi işçisi, r.ü.f.d Ömərova Mehriban Nazım qızı “Şredinger operatorunun doğurduğu kəsr inteqralının və onun kommutatorunun ümumiləşmiş Morri fəzasında məhdudluğu” mövzusunda məruzə edəcəkdir. Məruzədə Şredinger operatorunun doğurduğu kəsr inteqralı və onun kommutatorunun ümumiləşmiş Morri fəzasında məhdudluğu üçün  […]

Elmi şuranın iclası keçirilib

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın növbəti iclası keçirilib. Elmi şuranın  qrafik əsasında keçirilən iclaslarında 2017-ci il üzrə şöbələrin elmi və elmi-təşkilati fəaliyyətlərinin illik hesabatları dinlənilir. Bugünkü iclasda institutun “Funksiyalar nəzəriyyəsi“, “Riyazi analiz” və “Funksional analiz” şöbələrinin müdirləri elmi şura üzvlərinə rəhbərlik etdikləri şöbələrin illik fəaliyyəti haqqında hesabat verdilər. © Bütün hüquqlar […]

“İterativ Xardi tipli bərabərsizliklər və onların bəzi tətbiqləri” mövzusunda Ümuminstitut seminarı keçirilmişdir

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilmişdir. Seminarı giriş sözü ilə Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açmışdır. Professor “Sürüncəklik nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi, f.-r.e.n, dos. Raisa Kazımovanı Rusiya Təbiət Elmləri Akademiyası tərəfindən elmi və marifçilik xidmətlərinə görə  “Dahi Yekaterina” ordeni ilə təltif olunması münasibəti ilə […]

Görkəmli alim, hümanist insan, AMEA-nın müxbir üzvü Qoşqar Əhmədovun anadan olmasının 100 ili tamam olur

Oktyabrın 25-də görkəmli alim, qayğıkeş müəllim, təvazökar və hümanist insan, AMEA-nın müxbir üzvü Qoşqar Əhmədovun anadan olmasının 100 ili tamam olur. Qoşqar Teymur oğlu Əhmədov 1917-ci il oktyabrın 25-də Azərbaycan Respublikası Gədəbəy rayonunun Söyüdlü kəndin­­də zi­­yalı ailəsində anadan olmuş və boya-başa çatmışdır. Qoşqar Əhmədov ibtidai təhsilini Söyüdlü kəndində al­mış, V-VII sinifləri isə Gədəbəy qəsəbə natamam orta […]

Faydalı linklər