23/10/2017
Bu günlərdə AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanovun Radius nəşriyyatında “Müəllimim Qoşqar Əhmədov” adlı kitabı çap olunmuşdur. Kitab 264 səhifədən ibarətdir. Kitab görkəmli alim, bacarıqlı elm təşkilatçısı, təvazökar və hümanist insan, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Qoşqar Əhmədovun həyat və elmi yaradıcıllığına həsr olunmuşdur. Çox […]
25.10.2017-ci il saat 10:00-da Ümuminstitut seminarında “Riyazi analiz” şöbəsinin aparıcı elmi işçisi, dos. Rza Çingiz oğlu Mustafayev “İterativ Xardi tipli bərabərsizliklər və onların bəzi tətbiqləri” mövzusunda məruzə edəcəkdir. Məruzədə iterativ Xardi tipli bərabərsizliklər barədə danışılacaq. Həmçinin bu bərabərsizliklərin monoton azalan funksiyalar konusunda çəkili Xardi tipli bərabərsizliklərin araştırılmasında, ümumiləşmiş Stieltes çevirməsinin çəkili Lebeq fəzalarında məhdudluğunun öyrənilməsində […]
23/10/2017
AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev Clarivate Analytics (Thomson Reuters) təşkilatının Əqli Mülkiyyət və Elm Departamentinin İnkişaf Etməkdə olan ölkələr üzrə baş direktoru Viji Krişnanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə akademik İ.Quliyev AMEA ilə Clarivate Analytics təşkilatı arasında əməkdaşlıq müqaviləsinin imzalandığını xatırladıb. Qeyd edib ki, Azərbaycanda Clarivate Analytics şirkətinin Web of Science məlumat bazasının […]
20/10/2017
27 oktyabr 2017-ci il tarixində saat 14:00-da AMEA RMİ-nın nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D.01.111 dissertasiya şurasının iclasında Şakir Şıxı oğlu Yusubovun “Kəsilən əmsallı sistemlərin tədqiqi və onların optimal idarəetmə məsələlərinə tətbiqləri” mövzusunda 1211.01-Diferensial tənliklər və 1214.01-Dinamik sistemlər və optimal idarəetmə ixtisaslarında riyaziyyat üzrə elmlər […]
Bu gün “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin dissertantı dosent Həsənov Sabir Qəhrəman oğlu “Orliç fəzasında Riss potensial operator və onun kommutatoru” mövzusunda məruzə edib. Məruzədə Orliç fəzasında kəsr maksimal operator və onun kommutatorunun məhdudluğu üçün zəruri və kafi şərt haqqında danışılıb. © Bütün hüquqlar qorunur. Xəbərlərdən […]
Bu gün “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda Riyaziyyat və Mexanika İnstitutunun baş elmi işçisi f-r.e.d Telman Məlikov “Sadə variyasiya məsələsində Veyerştras variyasiyası və Veyerştras şərti” mövzusunda çıxış edib. Məruzədə Veyerştras variyasiyası vasitəsilə Veyerştras şərtinin isbatı təqdim olunub. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.