Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

AMEA-nın müxbir üzvü, professor Misir Mərdanovun “525-ci qəzet”-də “Heydər Əliyevin həyat dərsləri” adlı məqaləsinin I hissəsi çap olunub

AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov: “Hər insan tarixin zərrəsidir. Birisi haqqında xatirələrini vərəqlədikcə, nələrisə yada salıb ayrı-ayrı epizodları qələmə aldıqca, həmin şəxslə birgə onun yaşadığı dövrün ictimai mənzərəsini də canlandırmalı olursan. Bu xatirələrin tarixə nə qədər nüfuz edə bilməsi, gələcək nəsillər üçün hansı əhəmiyyəti daşıması isə şəxsiyyətin əhatəsindən, miqyasından asılıdır. Elə adam var ki, […]

E L A N

15.12.2017-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin elmi işçisi Aynur Nizami qızı Məmmədovanın “Lebeq fəzasında approksimasiya məsələləri” mövzusunda məruzəsi olacaqdır. Məruzədə Lebeq fəzasında bəzi approksimasiya teoremləri müzakirə ediləcəkdir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

“Dəyişən əmsallı Businesk tənliyi üçün dəqiq sərhəd idarəetməsi” mövzusunda seminarı keçirilib

Bu gün “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirildi. Seminarda AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun diferensial tənliklər şöbəsinin baş elmi işçisi, r.e.d., prof. Ziyatxan Seyfəddin oğlu Əliyev “Dəyişən əmsallı Businesk tənliyi üçün dəqiq sərhəd idarəetməsi” mövzusunda məruzə edib. Məruzədə dəyişən fiziki parametrli Busineks tənliyi üçün dəqiq sərhəd idarəetməsi haqqında danışılıb. Zamanın ixtiyari anında xətti məsələnin dəqiq […]

Əməkdar elm xadimi, akademik Əşrəf Hüseynovun 110 illik yubileyinə həsr edilən tədbir keçirilib

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə  Əməkdar elm xadimi, akademik Əşrəf Hüseynovun 110 illik yubileyinə həsr edilən tədbir keçirilib. Öncə tədbir iştirakçıları akademik Əşrəf Hüseynovun II Fəxri Xiyabanda yerləşən məzarını ziyarət ediblər. Tədbiri AMEA-nın prezidenti, akademik Akif Əlizadə giriş nitqi ilə açaraq akademik Əşrəf Hüseynovun mənalı ömür […]

E L A N

14.12.2017-ci il saat 10:30-da «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun diferensial tənliklər şöbəsinin baş elmi işçisi, r.e.d., prof. Ziyatxan Seyfəddin oğlu Əliyev «Dəyişən əmsallı Businesk tənliyi üçün dəqiq sərhəd idarəetməsi» mövzusunda məruzə edəcəkdir. Məruzədə dəyişən fiziki parametrli Busineks tənliyi üçün dəqiq sərhəd idarəetməsi haqqında danışılacaqdır. Zamanın ixtiyari anında xətti […]

“İnteqral tənliklər sahəsində böyük bir alim” adlı məqalə çap olunub

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Elmi-Texniki İnformasiya” şöbәsinin müdiri, professor Ramiz Aslanovun və institutun elmi katibi f.-r.e.n, dosent  Tamilla  Həsənovanın Azərbaycanın görkəmli riyaziyyatçı alimi, tanınmış pedaqoq, əməkdar elm xadimi, akademik Əşrəf İsgəndər oğlu Hüseynov haqqında “Elm” qəzeti – 08 dekabr, №23 (1190)-də məqalə çap olunub. Məqalədə alimin mənalı ömür yolundan, zəngin elmi fəaliyyətindən bəhs edilir. Məqaləni oxumaq üçün […]

Faydalı linklər