04/12/2017
Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası 2018-ci il üçün dövlət mükafatlarına əsərlərin (işlərin) qəbulunu elan edib. Müvafiq sənəd və materiallar Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2010-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş Dövlət Mükafatları Komissiyasının Əsasnaməsində göstərilən qaydalara uyğun hazırlanmalı və 2018-ci il aprelin 1-dək Komissiyaya təqdim edilməlidir. Ünvan: […]
04/12/2017
AMEA Riyaziyyat və Mexanika İnstitutunda 6-8 dekabr 2017-ci il tarixlərində görkəmli riyaziyyatçı alim, akademik Akif Hacıyevin 80-illik yubileyinə həsr olunan “Riyaziyyat və Mexanikanın müasir problemləri” adlı beynəlxalq elmi konfrans keçiriləcək. Konfransın açılışı dekabrın 6-da saat 10:00 Riyaziyyat və Mexanika İnstitutunun akt zalında olacaq. Tədbir çərçivəsində elmi məruzələr dinləniləcək və müzakirələr aparılacaq. © Bütün […]
04/12/2017
AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Təhsil” şöbəsi doktorantura, dissertantura və magistratura təhsilinin təşkili ilə məşğul olur. Riyaziyyat və Mexanika İnstitutunun doktoranturasında – 11 nəfər: 7 əyani və 4 qiyabi doktorant təhsil alır. Hesabat dövründə fəlsəfə doktoru hazırlığı üzrə RMİ-nun əyani doktoranturasına 3 nəfər qəbul olunmuşdur: 1202.01- Аnaliz və funksional analiz ixtisası üzrə: 1) Qəhrəmanlı Bənövşə […]
04/12/2017
Böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasının Xalq Şairi Xəlil Rza Ulutürk tərəfindən edilən poetik tərcüməsi yeni tərtibatda çap olunub. Layihənin rəhbəri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadədir. AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundan bildiriblər ki, kitaba akademiyanın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” adlı “Ön söz” yazıb. […]
01/12/2017
AMEA Riyaziyyat və Mexanika İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanovun Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Lektoriyasının “Heydər Əliyev Azərbaycanda Dövlət Quruculuğunun banisidir” mühazirələr toplusunda “Heydər Əliyev və Azərbaycanda Təhsilin inkişafı” adlı 12 səhifəlik məqaləsi çap olunub. Məqalədə Ulu Öndər Heydər Əliyevin milli tərəqqinin – elmin, mədəniyyətin və mənəviyyatın üstün inkişafının qüdrətli, əvəzedilməz vasitəsi […]
Bu gün “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Sabir oğlu Quliyev “q-Analiz və q-İnteqral Operatorları” mövzusunda məruzə edib. Məruzədə q-Analiz və q-İnteqral Operatorları haqqında danışılıb. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.