10/10/2017
AMEA Yüksək Texnologiyalar Parkı Azərbaycanda innovativ ideya və düşüncələrini kommersiyalaşdırmaq istəyən gənclər arasında 3-6 aylıq ödənişsiz təcrübə proqramı elan edir. Gənclərdən elm və texnologiya sahəsində fərdi inkişafa həvəsli olmaq, sözügedən sahələrdə azı bakalavr təhsili, həmçinin Azərbaycan, ingilis və rus dillərində səlis danışmaq tələb olunur. Tələb olunan öhdəliklər: – Elm və texnologiya üzrə innovativ ideya, xəbər […]
10/10/2017
11 oktyabr 2017-ci il tarixində saat 11:00-də institutun Akt zalında Azərbaycan kino tarixçisi, jurnalist, pedaqoq – AYDIN ƏLƏSGƏR OĞLU KAZIMZADƏ ilə görüş keçiriləcək. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
04/10/2017
Bu gün Riyaziyyat və Mexanika İnstitutunun Ümuminstitut seminarında Riyaziyyat və Mexanika İnstitutunun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi, f.r.e.d, prof. Alik Malik oğlu Nəcəfov «Anizotrop grand Sobolev-Morri fəzalarının bir sıra diferensial xassələri» mövzusunda məruzə edib. Məruzədə anizotrop grand Sobolev-Morri fəzalarından olan funksiyaların bir sıra diferensial və diferensial-fərq xassələri haqqında danışılıb. Bu fəzalardan olan funksiyaların ümumiləşmiş […]
03/10/2017
İsveçin paytaxtı Stokholmda fizika sahəsi üzrə Nobel mükafatı laureatlarının adları elan edilib. 2017-ci ildə bu mükafata LIGO detektorunun inkişafına həlledici töhfələrinə və qravitasiya dalğalarının müşahidəsinə görə üç amerikalı alim – Rayner Vays, Barri Bariş və Kip Torn layiq görülüb. Qeyd edək ki, mükafatın təqdimat mərasimi hər il dekabrın 10-da İsveçin və Norveçin paytaxtlarında keçirilir. Belə […]
04.10.2017-cı il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Funksiyalar nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi, f.r.e.d, prof. Alik Malik oğlu Nəcəfov «Anizotrop grand Sobolev-Morri fəzalarının bir sıra diferensial xassələri» mövzusunda məruzə edəcəkdir. Məruzədə anizotrop grand Sobolev-Morri fəzalarından olan funksiyaların bir sıra diferensial və diferensial-fərq xassələri haqqında danışılacaq. Bu fəzalardan olan funksiyaların ümumiləşmiş qarışıq törəmələrinin Hölder şərtini ödəməsi […]
02/10/2017
AMEA Riyaziyyat və Mexanika İnstitutunun nəzdində nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D.01.111 dissertasiya şurasının iclasında Elman Cavanşir oğlu İbrahimovun “Qeqenbauer diferensial operatoru ilə bağlı harmonik analizin bəzi aspektləri” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyasının […]