22/11/2017
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkında İqtisadiyyat Nazirliyi və BMT-nin ölkəmizdəki nümayəndəliyi tərəfindən birgə elan edilmiş respublika innovasiya müsabiqəsinin təqdimatı olub. AMEA-dan bildirilib ki, İqtisadiyyat Nazirliyinin şöbə müdiri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov dayanıqlı inkişafın təmin edilməsi istiqamətində həyata keçirilmiş proqramlar və qəbul olunmuş strateji sənədlər barədə məlumat verib. […]
22/11/2017
Alimlər atmosferdə istixana effektinə ən çox səbəb olan karbon dioksid və metan qazlarını yanacağa çevirə bilən katalizator hazırlayıblar. nplus1.ru saytı xəbər verir ki, İngiltərənin Surrey Universitetinin alimləri nikel, qalay və serium dioksid əlavə edilmiş katalizator birləşməsi hazırlayaraq karbon dioksid və metan qazlarını yanacaq kimi istifadə edilə bilən sintetik qaza çevirməyi bacarıblar. Araşdırmaçı Tomas Reina bildirib […]
22/11/2017
22.11.2017-ci il tarixində saat 11:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın növbəti iclası keçiriləcək. İclasda institutun 2017-ci il üçün mühüm elmi nəticələrinin müzakirəsi keçiriləcək. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında ”Riyazi fizika tənlikləri” şöbəsinin baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru, professor Fərman İmran oğlu Məmmədov ”Bir sinif qeyri-müntəzəm cırlaşan elliptik tənliklərin keyfiyyət xassələri haqqında” mövzusunda məruzə edib. Çıxışda çəkili qeyri-müntəzəm cırlaşan elliptik tənliklər üçün Mozer, Hölder və Harnak bərabərsizlikləri öyrənilib, bunların köməyi ilə […]
22/11/2017
Noyabrın 22-də Mərkəzi Elmi Kitabxanada AMEA Rəyasət Heyətinin, Gənc Alim və Mütəxəssislər Şurasının və Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə “Müasir elm gənclərin baxışı ilə” mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən, müstəqilliyimizin və dövlətçiliyimizin daha da möhkəmləndirilməsində gənclərin rolundan, onların elmə […]