17/11/2017
AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Funksiyalar nəzəriyyəsi” şöbəsində hesabat dövründə «Çoxdəyişənli funksiyaların ridge funksiyalar, neyron şəbəkələr, xətti və qeyri-xətti superpozisiyalarla yaxınlaşması, funksional fəzalar üçün daxilolma teoremləri» mövzuları üzrə 5 icraçını birləşdirən 4 iş yerinə yetirilmişdir. Hesabat ilində 13 məqalə (onlardan 9-u Thomson Reuters bazasına daxildir) çapdan çıxmışdır. Bundan əlavə 4 məqalə çapa təqdim edilmişdir. Hesabat […]
20.11.2017-ci il saat 12:00-da “Dalğa dinamikası” şöbəsinin seminarı keçiriləcəkdir. Seminarda şöbənin böyük elmi işçisi, dosent Güldəstə Akif qızı Məmmədova “Müxtəlif üsullarla asılmış lövhənin Vinkler döşəməsi üzərində sərbəst rəqsləri” mövzusunda məruzəsi olacaqdır. Baxılan məsələlərdə müxtəlif bərkidilmə hallarında xüsusilə, dairəvi elastik bərkidilmə, horizontal istiqamətdə elastik bərkidilmə, halqavari kütlə ilə bərkidilmə hallarında dairəvi lövhənin rəqsləri məsələlərinə baxılmışdır. Eyni […]
16/11/2017
AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclası institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açıb. Professor elmi şura üzvlərini Azərbaycanın paytaxtı Bakının Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə namizəd şəhər olması barədə məlumatlandırıb. Qeyd edib ki, sərginin mövzusu “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” olacaq. Sonra […]
16/11/2017
Bu il görkəmli alim və hərbi xadim, kosmik proqramların gerçəkləşdirilməsinin fəal iştirakçısı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət və Lenin mükafatları laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, general-leytenant Kərim Kərimovun anadan olmasının 100 ili tamam olur. Noyabrın 16-da AMEA-da alimin yubileyinə həsr olunan tədbir keçirilib. Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə giriş sözü ilə çıxış edərək […]
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda “Optimal İdarəetmə” şöbəsinin baş elmi işçisi f-r.e.d, professor Telman Məlikov “Sadə variyasiya məsələsində Veyerştras variyasiyası və Veyerştras şərti” mövzusunda çıxış edib. Məruzə Veyerştras düsturu və kafi şərtlər haqqında olub. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
16/11/2017
2017-ci ildə Azərbaycanın görkəmli riyaziyyatçı alimi, tanınmış pedaqoq, əməkdar elm xadimi, akademik Əşrəf İsgəndər oğlu Hüseynovun anadan olmasının 110 illiyi tamam olmuşdur. Əşrəf Hüseynov fundamental tədqiqatlar müəllifi kimi aldığı nəticələr, yaratdığı nəzəriyyə və açdığı yeni istiqamətlərlə Azərbaycanda çoxəsrlik tarixə malik riyaziyyat elmini daha da zənginləşdirmiş, onun müasir mərhələdə inkişafına dəyərli töhfələr vermişdir. Uzun illər pedaqoji […]