08/11/2017
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın iclası keçirilib. İclası institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açıb. Professor elmi şura üzvlərinə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında intellektual gəncliklə bağlı nəzərdə tutulan vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Gənclər və İdman […]
10.11.2017-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin elmi işçisi Aynur Nizami qızı Məmmədovanın “Lebeq fəzasında approksimasiya məsələləri” mövzusunda məruzəsi olacaqdır. Məruzədə Lebeq fəzasında bəzi approksimasiya teoremləri müzakirə ediləcəkdir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi, r.e.d., prof. Ziyatxan Seyfəddin oğlu Əliyev “Sərhəd şərtlərinə spektral parametr daxil olan bir sinif dördüncü tərtib adi diferensial operatorların spektral xassələri” mövzusunda məruzə edib. Məruzədə bir ucu bərkidilmiş, digər ucunda inersial yük cəmlənmiş və ya izləyici qüvvənin […]
08/11/2017
Noyabrın 8-də Təhsil Nazirliyi, Müdafiə Nazirliyi və “ASAN xidmət”lə birgə Tərtər rayonunda 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə “Bayraq yürüşü” keçiriləcək. Təhsil Nazirliyindən bildiriblər ki, yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclərə vətənpərvərlik hisslərinin aşılanmasıdır. Yürüşdə Təhsil və Müdafiə nazirliklərinin rəhbər şəxsləri, Milli Məclisin deputatları, “ASAN xidmət”in əməkdaşları, hərbçilər, tanınmış ziyalılar, idmançılar, müəllim və […]
07/11/2017
08.11.2017-ci il tarixində saat 11:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın növbəti iclası keçiriləcək. İclasda aşagıdakı məsələlər müzakirə olunacaq: 1. AMEA Riyaziyyat və Mexanika İnstitutunun 2017-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında şöbələrin illik hesabatları: “Qeyri-harmonik analiz” şöbəsi ; “Sürüncəklik nəzəriyyəsi” şöbəsi; “Optimal idarəetmə” şöbəsi. 2. “Hesablama riyaziyyatı və informatika” şöbəsinin müdiri t.ü.f.d. […]
08.11.2017-ci il tarixində Ümuminstitut seminarında “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi, r.e.d., prof. Ziyatxan Seyfəddin oğlu Əliyev “Sərhəd şərtlərinə spektral parametr daxil olan bir sinif dördüncü tərtib adi diferensial operatorların spektral xassələri” mövzusunda məruzə edəcəkdir. Məruzədə bir ucu bərkidilmiş, digər ucunda inersial yük cəmlənmiş və ya izləyici qüvvənin təsiri altında olan bircins çubuğun əyilmə rəqslərini […]