Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

E L A N

03.11.2017-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin dissertantı dosent Həsənov Sabir Qəhrəman oğlu “Riss potensialı və onun kommutatorunun ümumiləşmiş Orliç-Morri fəzasında məhdudluğu üçün meyarlar” mövzusunda məruzə edəcəkdir. Məruzədə ümumiləşmiş Orliç-Morri fəzasında Riss potensialı və onun kommutatorunun məhdudluğu üçün meyarlar haqqında danışılacaqdır. © Bütün hüquqlar […]

AMEA-da gənclərlə bağlı Dövlət Proqramının icrasına dair tədbirlər planı təsdiq edilib

Noyabrın 1-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nın AMEA-da icrası ilə bağlı məsələyə baxılıb. İclasda çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə respublikada davamlı olaraq həyata keçirilən gənclər siyasətinin əsas məqsədinin cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq olduğunu deyib. AMEA-nın rəhbəri bu istiqamətdə qarşıya qoyulan […]

Elmi şuranın iclası keçirilib

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclası institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açıb. Professor elmi şura üzvlərini “Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşlarının ezamiyyət məsələlərinin hüquqi tənzimlənməsi” haqqındakı sərəncamla tanış edib. Sonra “Diferensial tənliklər”, “Dalğa dinamikası”, “Tətbiqi riyaziyyat” və “Maye və qaz mexanikası” şöbələrinin müdirləri professorlar Əkbər […]

“İxtiyari həndəsi ölçülü cismlərin korroziya dağılmasının bir fenomenoloji nəzəriyyəsi haqqında” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında “Sürüncəklik nəzəriyyəsi” şöbəsinin müdiri f.-r.e.d., professor Lətif Talıblı “İxtiyari həndəsi ölçülü cismlərin korroziya dağılmasının bir fenomenoloji nəzəriyyəsi haqqında” mövzusunda məruzə edib. Çıxışda ixtiyari həndəsi ölçülü cismlərin gərginlik altında koroziya dağılmalarının bir fenomenoloji nəzəriyyəsi təqdim olunub. Bu nəzəriyyə aqressiv mühitlərdə işləyən konstruksiya elementlərinin korroziya […]

Elmi şuranın növbəti iclası keçiriləcək

01.11.2017-ci il tarixində saat 11:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın növbəti iclası keçiriləcək. İclasa aşagıdakı məsələlər müzakirə olunacaq: AMEA Riyaziyyat və Mexanika İnstitutunun 2017-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında şöbələrin illik hesabatları: •”Diferensial tənliklər” şöbəsi ; • “Dalğa dinamikası” şöbəsi; • “Maye və qaz mexanikası” şöbəsi; • “Tətbiqi riyaziyyat” şöbəsi; 2.  […]

E L A N

01.11.2017-ci il tarixində Ümuminstitut seminarında “Sürüncəklik nəzəriyyəsi” şöbəsinin müdiri f.-r.e.d., professor Lətif Talıblı “İxtiyari həndəsi ölçülü cismlərin korroziya dağılmasının bir fenomenoloji nəzəriyyəsi haqqında” mövzusunda məruzə edəcəkdir. Çıxışda ixtiyari həndəsi ölçülü cismlərin gərginlik altında koroziya dağılmalarının bir fenomenoloji nəzəriyyəsi təqdim olunur. Bu nəzəriyyə aqressiv mühitlərdə işləyən konstruksiya elementlərinin korroziya dağılmalarının vaxtını və yerini proqnozlaşdırmağa imkan verir. […]

Faydalı linklər