Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Professor Ramiz Aslanov “N.İ. Lobaçevskiy və Rusiyada riyazi təhsil” adlı Beynəlxalq riyazi təhsil forumunda iştrak edib

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Elmi-Texniki İnformasiya” şöbәsinin müdiri, professor Ramiz Aslanov Rusiyanın Kazan şəhərinin Kazan Federal Universitetində 16-22 oktyabr 2017-ci il tarixində keçirilən görkəmli rus riyaziyyatçısı N.İ. Lobaçevskiyə həsr olunmuş “N.İ. Lobaçevskiy və Rusiyada riyazi təhsil” adlı Beynəlxalq riyazi təhsil forumunda iştrak etmişdir. Forumda o, “Nəsirəddin Tusinin riyaziyyatın inkişafında rolu” plenar məruzə ilə çıxış […]

Dissertasiya Şurasının iclası keçirilib

AMEA RMİ-nın nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D.01.111 dissertasiya şurasının iclasında Şakir Şıxı oğlu Yusubovun “Kəsilən əmsallı sistemlərin tədqiqi və onların optimal idarəetmə məsələlərinə tətbiqləri” mövzusunda 1211.01-Diferensial tənliklər və 1214.01-Dinamik sistemlər və optimal idarəetmə ixtisaslarında riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş […]

Professor Əjdər Ağayevin 80 illik yubileyi qeyd olunub

Bakı Mühəndislik Universitetinin Pedaqogika Kafedrasının professoru, Azərbaycan Respubilkası Prezidentinin fərdi təqaüdçüsü, əməkdar müəllim Əjdər Ağayevin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Yubiley tədbirində Azərbaycan Ağsaqqallar şurasının sədri Fəttah Heydərov, Təhsil Nazirinin müavini Yaqub Piriyev, AMEA Riyaziyyat və Mexanika Institutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov, AMEA Riyaziyyat və Mexanika Institutunun elmi işlər üzrə […]

“Riyazi analiz” şöbəsinin “Şredinger operatorunun doğurduğu kəsr inteqralının və onun kommutatorunun ümumiləşmiş Morri fəzasında məhdudluğu” mövzusunda seminarı keçirilib

Bu gün “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin böyük elmi işçisi, r.ü.f.d Ömərova Mehriban Nazim qızı “Şredinger operatorunun doğurduğu kəsr inteqralının və onun kommutatorunun ümumiləşmiş Morri fəzasında məhdudluğu” mövzusunda məruzə edib. Məruzədə Şredinger operatorunun doğurduğu kəsr inteqralı və onun kommutatorunun ümumiləşmiş Morri fəzasında məhdudluğu üçün kafi şərtlər […]

“Gənc Riyaziyyatçılar məktəbi” dinləyici qəbulu elan edir

AMEA Riyaziyyat və Mexanika İnstitutu 2017-ci ilin birinci yarısından “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində şagirdlər arasında riyaziyyatın geniş təbliğini və populyarlaşdırılmasını təşkil etmək, gələcəkdə elmi yaradıcılığa meyilli şagirdlərin seçilməsi və onlara riyazi biliklərə yiyələnməkdə yardım etmək, istedadlı uşaqların, gənclərin vaxtında aşkar edilməsi və müəyyən elm və təhsil fondlarının onların təhsilinə yardımını təşkil etmək, müəllim-pedaqoji […]

“Nəsirəddin Tusinin riyaziyyatın inkişafında rolu” adlı məqalə çap olunub

AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov və  “Elmi-Texniki İnformasiya” şöbәsinin müdiri, professor Ramiz Aslanovun “Nəsirəddin Tusinin riyaziyyatın inkişafında rolu” adlı 8 səhifəlik məqaləsi çap olunub. Məqalə Azərbaycan xalqının elm və mədəniyyət tarixinə, Nəsirəddin Tusinin qısa tərcümeyi halına və yaradıcılıq yoluna həsr edilmişdir. Əsərdə həmçinin Nəsirəddin Tusinin riyaziyyat və astronomiya sahəsində əldə […]

Faydalı linklər