Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

E L A N

AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin təşkilatçılığı ilə 20 oktyabr 2017-ci il tarixinə saat 15.00-da Avropa Komissiyasının tədqiqat və innovasiya proqramı Horizon 2020 çərçivəsində Məlumat Seminarının keçirməsi nəzərdə tutulur. Seminarda «ICT Proposers Day 2017» mövzuları haqqında məlumat veriləcək. Ünvan: AMEA-nın əsas binası (H. Cavid pr., 115), kiçik zal, II mərtəbə. Əlaqə: Eldar Abbasov – […]

E L A N

19.10.2017-ci il saat 10:30-da «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda Riyaziyyat və Mexanika İnstitutunun baş elmi işçisi f-r.e.d Telman Məlikov “Sadə variyasiya məsələsində Veyerştras variyasiyası və Veyerştras şərti” mövzusunda məruzə edəcəkdir. Məruzədə Veyerştras variyasiyası vasitəsilə Veyerştras şərtinin isbatı təqdim olunacaq. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

“2016-cı il İlin Alimi” mükafat müsabiqəsinin Fizika, riyaziyyat və texnika elmləri sahəsinin əsas nominasiya üzrə qalibi AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyev olmuşdur

2017-ci il 16 oktyabr tarixində Prezident yanında Elmin İnkişafı Fondunun “Ən Layiqli Alim-Ə.L.A.” məqsədli qrant müsabiqəsi çərçivəsində ilk dəfə olaraq keçirilmiş “2016-cı İlin Alimi” və “2016-cı İlin Gənc Alimi” mükafat müsabiqəsinin qaliblərinin təltif olunma mərasimi keçirilib. Müsabiqəsinin məqsədi Azərbaycanda 2016-cı ildə fəal elmi fəaliyyət göstərmiş, yüksək elmi nəticələrə nail olmuş, təsir (impakt) faktorlu, tanınmış bazalarda […]

E L A N

18.10.2017–ci il saat 10:00-da Ümuminstitut seminarında Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri-harmonik analiz” şöbəsinin aparıcı elmi işçisi, r.ü.f.d., dos. Səbinə Sadıqova və “Hesablama riyaziyyatı və informatika” şöbəsinin elmi işçisi, f.ü.f.d. Aynurə Cəfərova çıxış edəcəklər. Çıxış zamanı gənc alimlər 2-6 oktyabr tarixlərində Almaniyanın Heydelberq Universitetində “Kvant kimyasında riyazi metodlar”mövzusunda keçirilən beynəlxalq konfransda məruzələri haqqında hesabat verəcəklər. © […]

Dissertasiya Şurasının iclası keçirilib

AMEA RMİ-nın nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D.01.111 dissertasiya şurasının iclasında Məleykə Ağamoğlan qızı Məmmədovanın “Mikroçatlı kanallarda mayelərin hərəkətinin hidrodinamik xüsusiyyətlərinin tədqiqi, çatlı-süxurlu neft-qaz yataqlarının işlənməsinə yeni yanaşvalar” mövzusunda 2003.01-Maye, qaz və plazma mexanikası ixtisasında texnika üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş […]

AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyev “Türk Dünyası Riyaziyyat Cəmiyyətinin VI konqresi” beynəlxalq konfransında iştirak edib

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyev Qazaxıstanın Astana şəhərində 2-5 oktyabr 2017-ci il tarixində keçirilmiş “Türk Dünyası Riyaziyyat Cəmiyyətinin VI konqresi” Beynəlxalq konfransında plenar məruzəçi qismində iştirak edib. Professor Vaqif Quliyev konfransın plenar iclasında “Ümumiləşmiş Orliç-Morri fəzalarında harmonik analizin klassik operatorları üçün xarakterizasiyalar” mövzusunda məruzə ilə […]

Faydalı linklər