Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

E L A N

16.10.2017-ci il saat 12:00-da “Dalğa dinamikası” şöbəsinin seminarı keçiriləcəkdir. Seminarda şöbənin professoru Cəfər Həsənağa oğlu Ağalarovun “Müxtəlif üsullarla asılmış lövhənin sərbəst rəqsləri” mövzusunda məruzəsi olacaqdır. Dinamik oblastda müxtəlif dalğa hallarında lövhənin rəqslərinə baxılmışdır. Baxılan işlərdə lövhənin sərbəst rəqsləri üçün analitik ifadə alınmır. Baxılan məsələlərdə müxtəlif bərkidilmə hallarında xüsusilə, dairəvi elastik bərkidilmə, horizontal istiqamətdə elastik bərkidilmə, […]

Gənc alimlər Heydelberq Universitetində məruzə ilə çıxış ediblər

AMEA Riyaziyyat və Mexanika İnstitutunun gənc alimləri “Qeyri harmonik analiz” şöbəsinin aparıcı elmi işçisi, riyaziyyat üzrə fəlsəfə doktoru, dos.Səbinə Sadıqova və “Hesablama riyaziyyatı və informatika” şöbəsinin elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Aynurə Cəfərova 2-6 oktyabr tarixlərində Almaniyanın Heydelberq Universitetinin Elmi hesablamalar üzrə Beynəlxalq Fənlərarası Mərkəzində (IWR) keçirilən “Kvant kimyasında riyazi metodlar” adlı konfransda iştirak […]

“2016-cı ilin alimi” və “2016-cı ilin gənc alimi” mükafat müsabiqəsinin nəticələri açıqlanacaq

Oktyabrın 16-da saat 11:00-da “Hilton” otelində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Ən Layiqli Alim – Ə.L.A.” məqsədli qrant müsabiqəsi çərçivəsində ilk dəfə olaraq keçirilmiş “2016-cı ilin alimi” və “2016-cı ilin gənc alimi” mükafat müsabiqəsinin qaliblərinin təltif olunma mərasimi keçiriləcək. Mütəmadi olaraq keçirilməsi planlaşdırılan müsabiqə alimlərin, o cümlədən gənc mütəxəssislərin müxtəlif elm sahələri üzrə […]

“Riyazi analiz” şöbəsinin “Ümumiləşmiş Sass operatoru üçün approksimasiya teoremləri” mövzusunda seminarı keçirilib

Bu gün “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin elmi işçisi Aynur Nizami qızı Məmmədovanın “Ümumiləşmiş Sass operatoru üçün approksimasiya teoremləri” mövzusunda məruzəsi olub. Məruzədə birdəyişənli ümumiləşmiş Sass operatoru üçün bəzi approksimasiya teoremləri müzakirə edilib. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

“Optimal İdarəetmə” şöbəsinin ” Parabolik tənlik üçün tərs mənbə məsələlərinin ədədi həllinə bir yanaşma” mövzusunda seminarı keçirilib

Bu gün “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirildi. AMEA İdarəetmə İnstitutunun aparıcı elmi işçisi, r.ü.f.d., dos. Anar Rəhimov ” Parabolik tənlik üçün tərs mənbə məsələlərinin ədədi həllinə bir yanaşma” mövzusunda çıxış edib. Məruzədə sağ tərəfdə naməlum əmsallı (fəza koordinatlarından və ya zamandan asılı) parabolik tip tənlik üçün tərs məsələlərə baxıldı. Xüsusi halda, bu sinifdən olan […]

Həmkarlar Təşkilatının təşəbbüsü ilə görüş keçirilib

Riyaziyyat və Mexanika İnstitutunun akt zalında Həmkarlar Təşkilatının təşəbbüsü ilə Azərbaycan Respublikasının kino tarixçisi, jurnalist, pedaqoq, əməkdar incəsənət xadimi Aydın Kazımzadə ilə görüş keçirilmişdi. Görüş iştirakçıların marağına səbəb olmuşdur. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər