Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

E L A N

29 sentyabr 2017-ci il tarixində saat 14:00-da AMEA RMİ-nın nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D.01.111 dissertasiya şurasının iclasında Elman Cavanşir oğlu İbrahimovun “Qeqenbauer diferensial operatoru ilə bağlı harmonik analizin bəzi aspektləri” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün […]

E L A N

27.09.2017-ci il tarixində saat 12.00-da “Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda Bakı Dovlət Universitetinin dosenti Sevda İsayeva “Hiperbolik tənliklər üçün akustik sərhəd şərtli qarışıq məsələlər” mövzusunda çıxış edəcəkdir. Məruzədə bu sahədə olan əsas nəticələr haqqında məlumat veriləcək və bir hiperbolik tənliklər sistemi üçün akustik qoşmalıq şərti daxilində qarışıq məsələnin zəif həllinin varlığı, güclü həllinin […]

AMEA-nın “Qonaq Evi”nın açılışı olub

22 sentyabr 2017-ci il tarixində Bakıda AMEA-nın “Qonaq Evi”nin açılış mərasimi baş tutub. Mərasimdə AMEA-nın prezidenti, vitse-prezidentləri, akademik-katibi, bölmələrin akademik-katibləri, Rəyasət Heyəti aparatının idarə rəisləri və digər məsul şəxslər iştirak edib. Öncə AMEA prezidenti, akademik Akif Əlizadə “Qonaq evi”nin açılışını bildirən rəmzi lenti kəsib. Sonra mərasim iştirakçıları qonaq evini gəzərək, burada yaradılan şərait, müasir dizaynda […]

Strateji yol xəritələrindəki tapşırıqların icrası üzrə AMEA-nın tədbirlər planı təsdiq edilib

Sentyabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin iclasında “Azərbaycan Respublikası iqtisadiyyatının əsas sektorları üzrə strateji yol xəritələrindəki tapşırıqların icrası üzrə AMEA-nın tədbirlər planı” təsdiq edilib. Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanla akademiya qarşısında mühüm […]

E L A N

27.09.2017 –ci il saat 10.00-da Ümuminstitut seminarında Bakı Dövlət Universitetinin “İdarəetmə nəzəriyyəsinin riyazi üsulları” kafedrasının dosenti Şakir Yusubov “Dominant qarışıq törəməli bəzi tənliklər üçün Dirixle məsələsinin müxtəlif qoyuluşları “ mövzusunda məruzə edəcəkdir. Məruzədə hamar olmayan əmsallı dominant qarışıq törəməli bəzi tənliklər üçün klassik və klassik olmayan Dirixle məsələlərinin ekvivalentliyi isbat olunur, məsələnin korrekt həll olunması […]

Bakıda Azərbaycan-Çin iqtisadi əlaqələrinə dair konfrans keçirilir

Sentyabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında “Azərbaycan-Çin iqtisadi əməkdaşlığı” mövzusunda elmi-praktik konfrans işə başlayıb. Tədbir AMEA-nın İqtisadiyyat İnstitutunun və Çin İctimai Elmlər Akademiyası (ÇİEA) İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilir. Tədbirdə Azərbaycan-Çin münasibətlərinin tarixindən danışan AMEA-nın prezidenti, akademik Akif Əlizadə ümummilli lider Heydər Əliyevin 1994-cü ildə Çinə səfərini xatırladıb. Diqqətə çatdırılıb ki, […]

Faydalı linklər