28/01/2025
Yanvarın 27-də dünyanın 32 mindən artıq ali təhsil müəssisəsini əhatə edən “Webometrics” reytinqi (Webometrics Ranking of World Universities) 2025-ci il üçün ilk reytinq cədvəlini açıqlayıb. “Azərbaycan müəllimi” xəbər verir ki, reytinqin ilk 10-luğu aşağıdakı ali təhsil müəssisələrini əhatə edir: Harvard Universiteti, Stanford Universiteti, Massaçusets Texnologiya İnstitutu, Oksford Universiteti, Kaliforniya Berkli Universiteti, Kornell Universiteti, Vaşinqton Universiteti, […]
27/01/2025
Yanvar ayının 15-də dünyanın ən zəngin elektron ensiklopediyası olan “Vikipediya”nın yaranmasının 24 ili tamam oldu. Bu gün “Vikipediya” 340 dildə mövcud olan və viki texnologiyasının tətbiqi ilə könüllü istifadəçilər tərəfindən daim inkişaf etdirilən ensiklopediyadır. “Vikipediya” platformasının Azərbaycan dili bölməsi hər gün zənginləşir və bu da ana dilimizdə məlumatların əlçatanlığını təmin edir. Ötən ilin yalnız dekabr […]
24/01/2025
Yanvarın 24-də riyazi-fizika və diferensial tənliklər sahəsində tanınmış alim, Əməkdar elm xadimi, “Şöhrət” ordenli, Bakı Dövlət Universitetinin (BDU) Riyazi-fizika tənlikləri kafedrasının müdiri, akademik Yusif Məmmədovun 75 yaşı tamam olur. Yusif Əbülfət oğlu Məmmədov 1950-ci il yanvarın 24-də Qərbi Azərbaycanın Sisiyan rayonunun Dəstəgird qəsəbəsində doğulub. O, 1966-cı ildə orta məktəbi qızıl medalla bitirərək, Azərbaycan Dövlət Universitetinin (indiki […]
24/01/2025
Bu gün bütün dünyada Beynəlxalq Təhsil Günü kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası təhsilin sülh və inkişaf üçün rolunu qeyd etmək məqsədilə yanvarın 24-nü Beynəlxalq Təhsil Günü elan edib.“Azərbaycan müəllimi” xəbər verir ki, BMT-nin elm, təhsil və mədəniyyət sahəsində ixtisaslaşmış təşkilatı olan UNESCO 2025-ci ildə Beynəlxalq Təhsil Gününü süni intellektə həsr edib. Bu […]
23/01/2025
AMEA Rəyasət Heyətinin Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) 2024-cü il üzrə hesabatının müzakirəsinə həsr olunmuş geniş iclası keçirilib. Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, AMEA-nın üzvləri, Bölmənin əhatə etdiyi elmi müəssisələrin baş və icraçı direktorları, elmi katibləri, həmçinin əldə edilmiş mühüm elmi nəticələrin müəllifləri, elmi şöbə […]
22/01/2025
UNESCO yanvarın 24-də qeyd olunacaq builki Beynəlxalq Təhsil Gününü süni intellektə (AI) həsr edib. AZƏRTAC bu barədə təşkilatın bəyanatına istinadla xəbər verir. Bəyanatda qeyd olunub: “UNESCO-nun Baş direktoru Odri Azule 2025-ci il Beynəlxalq Təhsil Gününü süni intellektin imkanlarına və çağırışlarına həsr etmək qərarına gəlib. O, UNESCO-nun üzv dövlətlərini həm müəllimlərin, həm də tələbələrin təhsil sahəsində bu texnologiyadan […]