Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

E L A N

31.05.2017-ci il tarixində saat 14.00 da “Tətbiqi riyaziyyat” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda f.r.e.d., prof. Qabil Qəribxan oğlu Əliyev “Kiçik ölçülü sistemlərdə kvant-mexanik effektləri nəzərə almaqla özlü mayenin silindrik borularda laminar axımı ” mövzusunda çıxış edəcəkdir. Arzu edənlər iştirak edə bilərlər. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

E L A N

31.05.2017 tarixində Ümuminstitut seminarında “Riyazi fizika tənlikləri” şöbəsinin baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru, professor Fərman İmran oğlu Məmmədov ”Cırlaşan kvazixətti elliptik tənliklər üçün aradan qaldırıla bilən məxsusi nöqtə haqqında” mövzusunda məruzə edəcəkdir. Məruzə, divergent formalı cırlaşan kvazixətti elliptik tənliklər sinfində aradan qaldırıla bilən məxsusi nöqtə haqqında teoremin doğru olması üçün cırlaşmalara qoyulan kafilik şərtinin […]

Dissertasiya şurasının  iclasında riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin  müdafiəsi keçirilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunun Dissertasiya Şurasında Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat ETİ-nun “Tərs məsələlər və qeyri-xətti tənliklər” şöbəsinin aparıcı elmi işçi Etibar Sədi oğlu Pənahov “Diferensial operatorlar üçün spektral və potensial nəzəriyyənin bəzi tərs məsələləri və tətbiqləri” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi müdafiə edib. Dissertasiyada […]

E L A N

AMEA Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarlar keçirir. Gənc Riyaziyyatçılar məktəbi Nyuton binomu və birləşmələr nəzəriyyəsində qrafiki üsullar mövzusunda seminar keçirəcək. Seminar iyun 1-i saat 15:00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda akt zalında keçiriləcək. Seminarı Türkiyə Dəyanət Vəkfi Bakı Türk Liseyinin 10-cu […]

Gənc Riyaziyyatçılar Məktəbi 53 saylı orta məktəbdə

Gənc Riyaziyyatçılar Məktəbi Bakı şəhəri 53 saylı orta məktəbdə məktəb direktorları, müəllimlər, valideynlər və şagirdlərlə görüş keçirib. Keçirilən görüşə Youtube kanalımızda baxa bilərsiniz. Qeyd edək ki, AMEA Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarlar keçirir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına […]

E L A N

31 may 2017-ci il tarixində saat 12:00-da “Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçiriləcək. Seminarda “Riyazi fizika tənlikləri” şöbəsinin əməkdaşı, dos. Bağırov Şirmayıl Həsən oğlu “Xarici oblastda bəzi yarım-xətti elliptik və parabolik tənliklərin qlobal həllərinin varlığı” mövzusunda çıxış edəcək. Məruzədə kompaktın xarici olan oblastda bəzi yarım-xətti elliptik, parabolik tənliklər üçün Fudjita tipli nəticələr haqda müəllifin son […]

Faydalı linklər