Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Riyazi analiz” şöbəsinin yarımillik fəaliyyəti

“Riyazi analiz” şöbəsində  Harmonik analizin müasir problemləri mövzusunda iş aparılır. Şöbənin əsas prioritet istiqaməti Harmonik Analizin Müasir Problemləridir. Plana uyğun şöbədə 6 mövzuda tədqiqat işləri aparılır. 2017-ci ildə şöbənin əməkdaşlarının 9 elmi məqaləsi, bunlardan 6-sı İmpakt Faktorlu jurnallarda çap olunmuş, 15 məqalə isə çapa qəbul olunmuşdur, bunlardan 10-u İmpakt faktorlu jurnallardır. Daha ətraflı>> © Bütün […]

Samoslu Pifaqor

Samoslu Pifaqor – (təqribən b.e.ə. 580-təqribən 500) qədim yunan mütəfəkkiri, riyaziyyatçısı, dini və siyasi xadimdir. Pifaqor haqqında məlumat çox azdır. Rəvayətə görə Pifaqor Hindistanı, Misri, Babilistanı gəzmiş və şərqin müdrik fikir mənbələri ilə tanış olmuş, vətənə qayıdıb gənc aristokratiya nümayəndələrindən ibarət məktəb (Pifaqor məktəbini) yaratmışdır. Bu məktəbdə riyaziyyat, fəlsəfə və təbiət elmləri tədqiq olunurdu. Bu […]

“Morri tipli fəzalarda operatorlar və tətbiqləri” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb

Bu gün Türkiyənin Ahi Evran Universitetində (Kırşehir) AMEA Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Sabir oğlu Quliyevin 60 illik yubileyinə həsr olunmuş “Morri tipli fəzalarda operatorlar və tətbiqləri” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb. Konfransda aşağıdakı bölmələr fəaliyyət göstərir: • Morri fəzalarında funksiyalar nəzəriyyəsi və tətbiqləri; […]

Dissertasiya Şurasının iclası keçirilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunun nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D 01.111 dissertasiya şurasının iclasında Rəna Eldar qızı Kərbəlayevanın “Çox dəstə dəyişənli parametrli, funksional fəzalar üçün daxilolma teoremləri” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiyasının müdafiəsi keçirilib. […]

AMEA-nın ilk məzunlarına diplomlar təqdim olunub

İyulun 7-də Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ilk magistrlərinin “məzun günü” keçirilib. AMEA-nın prezidenti, akademik Akif Əlizadə əlamətdar hadisə münasibətilə məzunları təbrik edib, onlara uğurlar arzulayıb Akademik bildirib ki, birinci qəbul ilində AMEA-nın magistraturasına 400-dək bakalavr müraciət edib və yekunda 9 ixtisas üzrə yüksək balla onlardan 19-u qəbul olunub. AMEA-nın prezidenti bildirib ki, akademiyanın […]

Sermelo aksiomu

Sermelo aksiomu yaxud seçmə prinsipi təsdiq edir ki, istənilən boş olmayan çoxluqlardan ibarət sinif üçün hər bir çoxluğa özünün bir elementini qarşı qoyan funksiya var. Başqa sözlə, Sermelo aksiomu  hökm edir ki, boş olmayan çoxluqlardan ibarət istənilən sistemin hər bir çoxluğundan bir element götürmək olar. Sermelo aksiomu 1904-cü ildə Sermelo tərəfindən ifadə edilmişdir. Sermelo bu aksioma, […]

Faydalı linklər