Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“NAVİE-STOKS SİSTEMİ ÜÇÜN BİR OPTİMAL İDARƏETMƏ MƏSƏLƏSİ” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün Ümuminstitut seminarında Lomonosov adına Moskva Dövlət Universitetinin professoru Andrey V. Fursikov “NAVİE-STOKS SİSTEMİ ÜÇÜN BİR OPTİMAL İDARƏETMƏ MƏSƏLƏSİ” mövzusunda məruzə edib. Məruzədə üç ölçülü evolusyon Navie-Stoks tənliyi üçün məhdud Ω oblastının xaricində sərhəd idarə məsələsinə baxılıb. Məqsəd müqavimət funksionalını ∂Ω sərhəddində qoyulan Dirixle şərti daxilində minimallaşdırmaqdır. Məruzədə əvvəlcə ∂Ω sərhəddində axrtarılan idarələrin aid […]

E L A N

26 may 2017-ci il tarixində saat 14:00-da AMEA RMİ-nın nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D 01.111 dissertasiya şurasının iclasında Etibar Sədi oğlu Pənahovun “Diferensial operatorlar üçün spektral və potensial nəzəriyyənin bəzi tərs məsələləri və tətbiqləri” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi […]

“Yeni mənada qoşma operatorun qurulması və tədqiqi” mövzusunda dissertasiya işinin müzakirəsi keçirilib

“Funksional analiz” və “Riyazi fizika tənlikləri” şöbələrinin birgə elmi seminarı keçirilib. Seminarda doktorant Asya Məmmədkərim qızı Quliyevanın 1212.01 – riyazi fizika tənlikləri ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş “Yeni mənada qoşma operatorun qurulması və tədqiqi” mövzusunda dissertasiya işinin müzakirəsi keçirilib. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad […]

Üçbucaqda dörd mühüm nöqtə

Üçbucaqda dörd mühüm nöqtə – Evklid həndəsəsində hər bir üçbucaqla bağlı aşağıdakı dörd nöqtə: 1) Medianların kəsişmə nöqtəsi; 2) Tənbölənlərin kəsişmə nöqtəsi; 3) Tərəflərin orta perpendikulyarlarının kəsişmə nöqtəsi; 4) Hündürlüklərin (və ya onların uzantılarının) kəsişmə nöqtəsi. Bu dörd nöqtənin verilən üçbucaqla başqa əlaqələri də var. Məsələn, 1) Medianların kəsişmə nöqtəsi verilmiş üçbucağın kütlə mərkəzidir (Üçbucağın […]

E L A N

AMEA Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarlar keçirir. Növbəti mühazirə mayın 25-i saat 15:00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda akt zalında keçiriləcək. Mühazirədə Akademik Zərifə Əliyeva adına liseyin riyaziyyat müəllimi f.r.e.n. Həsənov Əkbər Cümşüd oğlu “Müstəvi üzərində ikitərtibli əyrilər və onların tətbiqi […]

Təqvim

Təqvim – ilk baxışda vaxtı hesablamaq heç də çətin deyil. Amma diqqətlə fikir verəndə bu, heç də asan məsələ deyil. İl Yerin öz orbiti üzrə Günəş ətrafında tam bir dövrə vurduğu vaxtdır. Astronomlar hesablayıblar ki, bu müddət 365 sutka 5 saat 48 dəq 46 saniyədir. Əlbəttə, bir ildəki sutkaların sayı tam olsaydı daha yaxşı olardı. […]

Faydalı linklər