Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Türk dövlətlərinin Ali Təhsil Fondu yaradılacaq

Türkiyənin “2024-2028-ci illər üzrə Ali Təhsildə Beynəlmiləlləşmə Strategiya Sənədi” açıqlanıb. “Azərbaycan müəllimi” xəbər verir ki, sənədi strateji hədəf kimi qiymətləndirən Ali Təhsil Şurasının sədri Erol Özvar bununla türk ali təhsilinin regional və qlobal səviyyədə akademik, tələbə və idarəetmə sahəsində mobillik və qarşılıqlı əlaqə mərkəzi olmasına çalışdıqlarını açıqlayıb. Sənədin əsas məqamlarına diqqət çəkən E.Özvar qeyd edib […]

İqlim dəyişikliyi əhalinin sıx məskunlaşdığı regionları 2100-cü ilə qədər yararsız hala sala bilər

Qlobal istiləşmə sürətlə planetimizə təsir göstərməyə davam edir. İqlimşünaslar hesab edirlər ki, bu prosesi artıq dayandırmaq mümkün deyil və insanlığın ətraf mühiti dəyişdirmək üçün çox məhdud imkanları var. Biz həddindən artıq çox parnik qazları ifraz edirik və əvvəllər açıqlanmış ekoloji təsirin azaldılması planları hələ reallaşmaqdan çox uzaqdır. Alimlər iqlim dəyişikliyinin bütün nəticələrini dəqiq proqnozlaşdıra bilməsələr də, […]

Dünyanın ən böyük nüvə sintezi lazeri inşa olunur

Çinin cənub-qərbindəki Mianyang şəhərində dünyanın ən böyük nüvə sintezi lazeri olduğu düşünülən tədqiqat obyekti tikilir. Peyk vasitəsilə çəkilən görüntülərin təhlili göstərir ki, bu məxfi layihə ABŞ-ın hazırda ən böyük inertial qapalı termofuziya qurğusu olan Milli Alovlanma Mexanizmindən (NIF) təxminən 50 faiz böyükdür. Mütəxəssislər bu layihənin həm təmiz enerji istehsalına, həm də nüvə silahı tədqiqatlarına potensial […]

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin fevral ayında ilk sayı çapdan çıxıb. Qəzetin ön səhifəsində “2025-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” və “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” yer alıb. Bugünkü sayın ilk səhifələrində AMEA-nın Rəyasət Heyətində 2 Fevral – Azərbaycan Gəncləri Gününə […]

Akademik Yusif Məmmədovun 75 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunda görkəmli alim, Əməkdar elm xadimi, “Şöhrət” ordenli, akademik Yusif Məmmədovun 75 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib. Tədbiri giriş sözü ilə Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru,AMEA-nın müxbir üzvü,professor Misir Mərdanov açaraq, yubilyarı institutun kollektivi və çoxsayı professor-müəllim heyəti adından təbrik edib, ona elmi və pedaqoji […]

İnsan beynində mikroplastik tapılıb

Alimlər ilk dəfə insan beyninin toxumalarında mikroplastiklərin mövcudluğunu aşkar ediblər. Bu tapıntı plastikin insan sağlamlığına təsiri ilə bağlı ciddi müzakirələrə səbəb olub. Tədqiqatın nəticələri “Nature Medicine” jurnalında dərc edilib. Araşdırmada tədqiqatçılar insan beynindəki mikroplastiklərin son 8 ildə 50% artdığını müəyyən ediblər. Onlar həmçinin demanslı insanların beyinlərində hamıdan 10 dəfə çox plastik olduğunu aşkar ediblər. Ölçüsü […]

Faydalı linklər