Bu gün “Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda f.-r.e.d., prof. Nadir Süleymanov “Diferensial tənliklər üçün Viman-Valiron tipli qiymətləndirmələr” mövzusunda çıxış edib. Məruzədə ehtimal nəzəriyyəsinin metodlarından istifadə edərək Hilbert fəzasında evolyusion tənliklər üçün Viman-Valiron tipli qiymətlədirmələrin alınması üçün metodlar müzakirə edilib. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
26/04/2017
Fermanın böyük teoremi-Fransız riyaziyyatçısı P.Ferma tərəfindən irəli sürülən belə bir təklif “xn+yn=zn” (n, 2-dən böyük tam ədəddir) tənliyinin müsbət tam ədədlər çoxluğunda həlli yoxdur. Bu təklifi Pyer Ferma Diofantın “Hesab” kitabının səhifəsinin boş sahələrində yazmışdır. Təklifdən sonra P.Ferma yazır ki, bu təklifin çox heyrətamiz isbatı onun ağlına gəlib, səhifədə yer olmadığı üçün o bu isbatı […]
25/04/2017
AMEA Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarlar keçirir. Gənc Riyaziyyatçılar Məktəbi aprelin 27-si saat 15:00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda akt zalında “Dirixle prinsipinin tətbiqləri: Çin qalıq teoremi; Ramsey ədədi ” mövzusunda mühazirə keçirəcək. Mühazirədə AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi fizika […]
25/04/2017
Ferma Pyer (1601-1665) Fransız riyaziyyatçısı, Tuluz şəhərində parlamentdə məsləhətçi işləmişdir. Heç bir kitab yazmamışdır (o vaxtlar elmi jurnallar da yox idi). Ondan yalnız dostlarına yazdığı məktublar qalmışdır. Lakin bu məktublarda riyaziyyata aid faktlar Fermanı Fransanın ən böyük riyaziyyatçılarından birinə çevirir. P.Ferma və B. Paskalın bir-birinə, yazdıqları məktublardakı faktlar Ehtimal nəzəriyyəsinin inkişaf tarixinin başlanğıcıdır. Fermanın əyriyə […]
26.04.2017-cü il saat 10:00-da Ümuminstitut seminarında “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, f-r.e.d, prof. Bilal Telman oğlu Bilalov “Atomar ayrılış və freymlərin bəzi sualları. t -freymlər. Separabel olmayan hilbert fəzalarında hesabi olmayan freym anlayışı ” mövzusunda məruzə edəcəkdir. Hilbert və Banax fəzalarında freymlərə baxılır və Nöter inikası zamanı onların xassələri öyrənilmişdir. Banax və Hilbert fəzalarında […]
“Elastiklik və plastiklik” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda f.r.e.n., dosent Zeynalova Tamilla Yusif qızı “Əyri strukturlu laylı kompozit materialdan hazırlanmış düzbucaqlı lövhənin dayanıqlığı” mövzusunda məruzə edib. Məruzədə əyri strukturlu laylı ortotrop düzbucaqlı lövhənin dayanıqlığında böhran qüvvəsinə strukturdakı əyrilik parametrlərinin təsiri məsələsi müzkirə olunub. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.