Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Riyazi fizika tənlikləri” şöbəsinin növbəti seminarı keçirilib

05.04.2017-ci il tarixində “Riyazi fizika tənlikləri” şöbəsinin növbəti seminarı keçirilmişdir. Seminarda məqsəd C. Gutierrez və F. Tournier tərəfindən yazılmış ”Harnack inequality for a degenerate elliptic equation” adlı məqaləsinin əsas nəticələrini müzakirə etmək idi. Şöbənin baş elmi işçisi, professor Fərman Məmmədov yuxarıda qeyd etdiyimiz məqalə və onun müəllifləri haqqında məlumat verdi. Müzakirə edildi ki, normal divergent […]

Gənc Riyaziyyatçılar Məktəbinin “Elementar həndəsənin görkəmli teoremləri” mövzusunda mühazirəsi keçirilib

AMEA Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarlar keçirir. Mühazirədə AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin böyük elmi işçisi, f.-r.e.n. İbrahim Məhərov “Elementar həndəsənin görkəmli teoremləri” mövzusunda çıxış edib. İbrahim Məhərov mühazirədə Eyler düz xətti və Eyler düstürü haqqında, Çeva və […]

“3D və 4D Bianki tənlikləri üçün qeyri-klassik traktovkada kombinə edilmiş lokal və qeyri-lokal sərhəd məsələləri və onların optimal idarəetmə məsələlərinə tətbiqi” mövzusunda «Optimal İdarəetmə» şöbəsinin seminarı keçirilib

«Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçirilib. Seminarda AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun 2.1 saylı İdarəetmənin riyazi məsələləri laboratoriyasınının rəhbəri vəzifəsini icra edən, riyaziyyat üzrə elmlər doktoru İlqar Qürbət oğlu Məmmədov “3D və 4D Bianki tənlikləri üçün qeyri-klassik traktovkada kombinə edilmiş lokal və qeyri-lokal sərhəd məsələləri və onların optimal idarəetmə məsələlərinə tətbiqi” mövzusunda məruzə edib. Məruzədə 3 […]

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Bilal Bilalova Gəncə Dövlət Universitetinin fəxri doktoru adı verilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Bilal Bilalova 03 aprel 2017-ci il tarixində Gəncə Dövlət Universitetinin fəxri doktoru adı verilib. Bilal Telman oğlu Bilalov 02 yanvar 1963-cü ildə Azərbaycan Respublikası Qazax rayonunun Fərəhli kəndində anadan olmuşdur. 1986-cı ildə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) tətbiqi riyaziyyat fakültəsini […]

Çoxluğun gücü

Çoxluğun gücü- sonlu çoxluğun elementlərinin sayı anlayışının istənilən çoxluq üçün (sonsuz çoxluqlar da daxil olmaqla) ümumiləşməsidir. Sonlu və çoxluqlarının elementləri arasında yalnız və yalnız onda qarşılıqlı birqiymətli uyğunluq yaratmaq olar ki, onların elementləri sayı eyni olsun. Buna görə də və sonsuz çoxluqlarının elementləri arasında qarşılıqlı birqiymətli uyğunluq yaratmaq mümkündürsə, onların elementlərinin “sayını” eyni hesab edirlər […]

E L A N

07.04.2017-ci il tarixində saat 12.00 da “Elastiklik və plastiklik” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda f.r.e.d., prof. Vaqif Camal oğlu Hacıyev “Qeyribircins ortotrop slindrik örtüklərin xarici mühitin müqaviməti nəzərə alınmaqla rəqsi hərəkətləri” mövzusunda çıxış edəcəkdir. Baxılan məsələdə fərz olunur ki, örtüyün materialının elastikiyyət modulları və sıxlığın qalınlıq boyu dəyişməsi, örtük iki əmsalla xarakterizə olunan mühit üzərində […]

Faydalı linklər