Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Apolloni məsələsi

Aşağıdakı məzmunda çox məşhur qurma məsələsi: “Pərgar və xətkeşin köməyi ilə verilmiş üç çevrəyə toxunan çevrə qurmalı”. Apolloni məsələsi inversiya çevirməsinin köməyi ilə həll olunur. İsbat olunur ki, əgər verilmiş çevrələrin hər biri o birilərinin xarici oblastında yerləşərsə, Apolloni məsələsinin 8 həlli var. Əgər çevrələrin üçü də bir-birinə eyni bir nöqtədə toxunursa, məsələnin sonsuz sayda […]

E L A N

05.04.2017-ci il tarixində saat 12.00-da “Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda r.e.d., prof. Ziyatxan Seyfəddin oğlu Əliyev “İndefinit metrikalı fəzalarda Ermit operatorları” mövzusunda çıxış edəcəkdir. Məruzədə L.S. Pontryaqin tərəfindən daxil edilmiş indefinit metrika və indefinit metrikalı fəza anlayışları haqqında ümumi məlumat verilir; indefinit metrikalı fəzalarda Ermit operatorunun spektral xassələrinin tədqiqi şərh edilir. Arzu edənlər […]

E L A N

Hər həftənin 3-cü günü saat 12:00-da Riyaziyyat və Mexanika Institutunda AMEA-nın müxbir üzvü, professor R.V. Hüseynovun rəhbərliyi ilə ”Riyazi fizika tənlikləri” şöbəsinin ”Diferensial tənliklərin keyfiyyət xassələri” adlı seminarı keçirilir. 05.04.2017 tarixində ”Riyazi fizika tənlikləri” şöbəsinin seminarında professor Fərman Məmmədov Cristian E. Gutierrez və Federico Tournier-in ”Harnack inequality for a degenerate elliptic equation” adlı məqaləsində alınmış […]

E L A N

03.04.2017-ci il saat 12:00-da “Sürüncəkilk nəzəriyyəsi” şöbəsinin “Deformasiya olunan bərk cism mexanikasının müasir problemləri” adlı seminarı keçiriləcəkdir (otaq 705, mərtəbə 7). Seminarda şöbənin müdiri f.-r.e.d., professor Lətif Xəlil oğlu Talıblının “Cismlərin təsadüfi dəyişən təsirlər altında korroziya yorğunluq dağılması vaxtının proqnozlaşdırılması” mövzusunda birinci məruzəsi olacaqdır. Məruzədə konstruksiyalara təsadüfi yüklənmələrin təsiri analiz ediləcəkdir. © Bütün hüquqlar qorunur. […]

“Cəbr və riyazi məntiq” şöbəsinin “Cəbrlər və onların maksimal idealları” mövzusunda seminarı keçirilib

Bu gün saat 12:00-da “Cəbr və riyazi məntiq” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda şöbənin aparıcı elmi işçisi , f.-r.e.n. Aydın İsrafil oğlu Şahbazov “Cəbrlər və onların maksimal idealları” mövzusunda məruzə edib. Məruzədə cəbrlər, involyusiyalı cəbrlər, onların idealları və maksimal idealları araşdırılmışdır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

“Riyazi analiz” şöbəsinin “Sinqulyar inteqralların bəzi lokal xassələri haqqında” mövzusunda seminarı keçirilib

31.03.2017-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirildi. Seminarda şöbənin böyük elmi işçisi, r.ü.f.d., Lalə Rəhman qızı Əliyeva “Sinqulyar inteqralların bəzi lokal xassələri haqqında” mövzusunda məruzə etdi. Məruzədə orta ossilyasiya terminlərində çoxölçülü sinqulyar inteqralların lokal xassələri haqqında danışıldı. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına […]

Faydalı linklər