Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

AMEA adlı mükafatlar üzrə müsabiqə elan edib

Riyaziyyat və Mexanika İnstitutunun science.gov.az saytına istinadən məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin 2017-ci il 15 fevral tarixli 2/3 nömrəli qərarına əsasən, 2017-ci il üçün AMEA-nın “Nəsirəddin Tusi”, “Həsən bəy Zərdabi”, “Akademik Üzeyir Hacıbəyli”, “Akademik Mirəsədulla Mirqasımov”, “Akademik Yusif Məmmədəliyev”, “Akademik Musa Əliyev” və “Abbasqulu ağa Bakıxanov” adına mükafatları üzrə müsabiqə elan […]

“Kəsr maksimal operator, Riss potensialı və onların kommutatorlarının Orliç fəzalarında məhdudluğu üçün zəruri və kafi şərtlər” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün Ümuminstitut seminarında RMİ-nin “Riyazi analiz” şöbəsinin müdiri, AMEA müxbir üzvü, professor Vaqif Sabir oğlu Quliyev “Kəsr maksimal operator, Riss potensialı və onların kommutatorlarının Orliç fəzalarında məhdudluğu üçün zəruri və kafi şərtlər” mövzusunda məruzə edib. Məruzədə kəsr maksimal operator, Riss potensialı və onların kommutatorlarının Orliç fəzalarında məhdudluğu üçün zəruri və kafi şərtlər müzakirə edilib. © […]

AR Nizami Gəncəvi adına Qızıl medalına müsabiqə elan olunur

Riyaziyyat və Mexanika İnstitutunun science.gov.az saytına istinadən məlumatına görə, AMEA Rəyasət Heyətinin 2017-ci il 15 fevral tarixli qərarına əsasən, 2017-ci il üçün Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalına müsabiqə elan edilir. Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı ilə Azərbaycan Respublikasının vətəndaşları və əcnəbilər ildə bir dəfə mühüm fundamental və tətbiqi elmi nəticələrə, əsərlərə, kəşflərə, […]

E L A N

22.02.2017-ci il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Riyazi analiz” şöbəsinin müdiri, AMEA müxbir üzvü, professor Vaqif Sabir oğlu Quliyev “Kəsr maksimal operator, Riss potensialı və onların kommutatorlarının Orliç fəzalarında məhdudluğu üçün zəruri və kafi şərtlər” mövzusunda məruzə edəcəkdir. Məruzədə kəsr maksimal operator, Riss potensialı və onların kommutatorlarının Orliç fəzalarında məhdudluğu üçün zəruri və kafi şərtlər […]

E L A N

“Rumıniyanın Xarici İşlər Nazirliyi və Milli Təhsil və Elmi Araşdırma nazirliyi tərəfindən 2017-2018 təhsil ili üçün əcnəbi vətəndaşlara təhsil təqaüdləri təklif edilir. Sözügedən təqaüdlər siyasi və idarəetmə elmləri, təhsil, rumın mədəniyyəti, jurnalistika, texniki elmlər, neft və qaz, kənd təsərrüfatı, baytarlıq, tibb, arxitektura və incəsənət sahələri üzrə müxtəlif təhsil səviyyələri üçün rumın dilində tədris olunması nəzərdə […]

Ensiklopedik Azərbaycan alimi Nəsirəddin Tusinin  doğum günüdür

Nəsirəddin Tusi kimi məşhur olan Nəsir əd-Din Əbu Cəfər Mühəmməd ibn Mühəmməd ibn Həsən ət-Tusi 18 fevral 1201-ci ildə Tus (bəzi rəvayətlərə görə Həmədan) şəhərində anadan olmuş, 25 iyun 1274-ci ildə Bağdadda olarkən xəstələnərək vəfat etmiş, Kazimeyndə , yeddinci imam Musa ibn Cəfərin (ə.s) məzarı yaxınlığında dəfn edilmişdir. Nəsirəddin Tusi siyasi çəkişmələrlə zəngin bir zamanda […]

Faydalı linklər