25/04/2025
Aprelin 24-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova vətəndaşları qəbul edib. Qəbul zamanı vətəndaşların müraciət və şikayətləri dinlənilib və onların qanunvericilik çərçivəsində həlli istiqamətində müvafiq tapşırıqlar verilib. Qeyd edək ki, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə qəbul cədvəlinə uyğun olaraq Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəhbərliyi tərəfindən mütəmadi olaraq vətəndaşların […]
24/04/2025
ABŞ-ın Karnegi Mellon Universitetinin alimləri stresdən əziyyət çəkən insanlara kömək etmək üçün innovativ texnologiya hazırlayıblar. Virtual reallığa əsaslanan sistem emosional stresi aradan qaldırmaq üçün effektiv vasitələr təklif edir. Yeni sistem istifadəçilərin özünə kömək edə biləcəyi real stres ssenariləri yaradır. Belə ki, VR/AR eynəklərini taxdıqdan sonra insan özünü virtual səhnədə rəqəmsal auditoriya qarşısında və ya çətin […]
23/04/2025
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Elm və Texnologiya Nazirliyi arasında elm və texnologiya sahələrində əməkdaşlıq haqqında Protokol” imzalanıb. “Azərbaycan müəllimi” xəbər verir ki, protokolu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Çinin elm və texnologiya naziri Yin Hecun imzalayıblar. muallim.edu.az
23/04/2025
Osaka Universitetindən doktor Hirotaka Takita və dosent Daiju Ueda-nın rəhbərlik etdiyi tədqiqat qrupu, generativ süni zəkanın xəstəliklərin diaqnozu sahəsində həkimlərlə müqayisədə nə dərəcədə effektiv olduğunu öyrənmək üçün meta-analiz aparıb. Ətraflı analiz üçün 2018-ci ilin iyun ayından 2024-cü ilin iyun ayına qədər dərc olunmuş 83 elmi məqalə istifadə edilib. Tədqiqat müxtəlif tibbi sahələrdə GPT-4, Llama3 70B, Gemini 1.5 Pro və Claude 3 Sonnet kimi generativ süni zəka modellərini […]
23/04/2025
Aprelin 22-də AMEA-nın Rəyasət Heyətinin binasında Türk dünyasının görkəmli alimi, səhiyyə və təhsil qurucusu, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, professor İhsan Doğramacının anadan olmasının 110 illiyinə həsr edilmiş elmi konfrans keçirilib. Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, AR Milli Məclisinin Səhiyyə Komitəsinin sədri akademik Əhliman Əmiraslanov, AMEA-nın […]
22/04/2025
İsveçin “Almega” işəgötürənlər təşkilatının yeni hesabatına görə, süni intellekt yaxın illərdə ölkənin əmək bazarına əhəmiyyətli dərəcədə təsir göstərəcək. Ekspertlərin fikrincə, İsveçdə bütün peşələrin təxminən üçdə ikisi yeni texnologiyaların təsiri altında dəyişikliklərə məruz qalacaq. Süni intellekt robotları hələ sosial bacarıqlara malik olmasalar da, bir çox işi yorulmadan yerinə yetirməyə qadirdirlər. Ən böyük riskə xidmət sektorunda olan […]