13/02/2017
“The Journal of Symbolic Logic” riyazi məntiq və onun tətbiqlərinə aid yüksək keyfiyyəti tədqiqat işlərini dərc edir. Təqdim edilən işlər yeni olmalı və geniş auditoriya üçün maraq kəsb etməlidir. Jurnal əvvəllər heç bir yerdə dərc edilməyən və çapa təqdim edilməyən orjinal məqalələri qəbul edir. Əvvəllər konfrans materiallarında çap edilmiş məqalələrin tam versiyası da qəbul edilə […]
10/02/2017
2017-ci ildə “Bakı Universiteti” nəşriyyatında K.Q. Həsənov, H.F.Quliyev, M.H.Yaqubov, Ş.Ş.Yusubovun müəllifliyi ilə ali məktəblilər üçün dərslik “Optimallaşdırma üsulları” kitabı çapdan çıxmışdır. Kitabın elmi redaktoru , Riyaziyyat və Mexanika İnstitunun direktoru, professor Misir Mərdanov, rəyçiləri RMİ-nin “Optimal Idarəetmə” şöbəsinin baş elmi işçisi professor Telman Məlikov, prof.M.A.Sadıqov, prof. A.Q.Ağamalıyevdir. Dərslik universitetlərin riyaziyyat fakültələrində və magistr pillələrinin tələbələri […]
10/02/2017
Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Bilal Bilalov 17.01.2017-28.01.2017-ci il tarixlərində AMEA-nın “Freym nəzəriyyəsi-veyvlet analizin seysmologiyada və digər sahələrdə siqnalların emalına tətbiqi” proqramının davamı olaraq İstanbul şəhərində Yıldız Texniki Universitetində elmi ezamiyyətdə olmuşdur. Proqram çərçivəsində YTU-nun dosenti Yusuf Zerenle birgə elmi rəhbəri olduğu Şeyma Çetin, Fatih Şirin, Cemil Karacam […]
10/02/2017
Bu gün “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilmişdir. Seminarda şöbənin baş elmi işçisi, riyaziyyat üzrə elmlər doktoru, dos. Rövşən Əlifağa oğlu Bəndəliyevin “Dəyişən dərəcəli Lebeq fəzasında Hausdorf operatorunun məhdudluğu” mövzusunda məruzə etmişdir. Məruzədə dəyişən dərəcəli Lebeq fəzasında Hausdorf operatorunun məhdudluğu haqqında ilkin nəticələr danışılmışdır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə […]
09/02/2017
Bu gün «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçirilib. Seminarda İdarəetmə Sistemləri İnstitutunun dissertantı Vüqar Adəm oğlu Həşimov “QIZDIRILMA PROSESİNİN SƏRHƏD İDARƏETMƏSİNİN SİNTEZİ MƏSƏLƏSİNİN TƏDQİQİ” mövzusunda məruzə edib. Məruzədə eynitipli çubuqların qızdırılması prosesinin sərhəd idarəetməsinin sintezi tədqiq olunub. Fərz olunur ki, idarəetmə çubuqların aralıq nöqtələrində ölçülən temperaturların qiymətlərindən xətti asılıdır. Məsələdə həm ölçmə nöqtələrinin yerləşdirilmə yerləri, […]
09/02/2017
10.02.2017-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin baş elmi işçisi, riyaziyyat üzrə elmlər doktoru, dos. Rövşən Əlifağa oğlu Bəndəliyevin “Dəyişən dərəcəli Lebeq fəzasında Hausdorf operatorunun məhdudluğu” mövzusunda məruzəsi olacaqdır. Məruzədə dəyişən dərəcəli Lebeq fəzasında Hausdorf operatorunun məhdudluğu haqqında ilkin nəticələr danışılacaqdır. © Bütün hüquqlar […]