20/03/2017
Azərbaycan Mühəndislik Akademiyasının Rəyasət Heyətinin iclasında Akademiyanın prezidenti akademik Arif Paşayev beynəlxalq aləmdə tanınmış alimlər, professor Məsud Əfəndiyevə və professor İldar Qabitova – Azərbaycan Mühəndislik Akademiyasına əcnəbi üzv (akademik) seçilmiş alimlərə ölkəmizlə elmi-texniki sahədə faydalı əməkdaşlığına, beynəlxalq əlaqələrin möhkəmləndirilməsi və inkişafındakı xidmətlərinə görə Akademiyanın diplomunu, vəsiqəsini və döş nişanlarını təqdim edib. Beynəlxalq aləmdə tanınmış, əslən […]
20/03/2017
Elmin İnkişafı Fondu 2015-ci il noyabrın 28-də Minsk şəhərində imzalanmış “Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə Belarus Milli Elmlər Akademiyası, Belarus Respublika Fundamental Tədqiqatlar Fondu arasında əməkdaşlıq haqqında” dördtərəfli Sazişin müddəalarını nəzərə almaqla, 2-ci Azərbaycan-Belarus dördtərəfli birgə beynəlxalq qrant müsabiqəsini elan edib. Müsabiqə Azərbaycan və Belarus alimlərindən ibarət müvəqqəti […]
20/03/2017
Hörmətli həmkarlar! Horizon 2020 Proqramında iştirak üçün rus dilində Metodik göstərişlər və növbəti aylarda Proqram çərçivəsində keçiriləcək tədbirlərin siyahısı və tədbirdə iştirak qaydaları haqqında məlumatı diqqətinizə təqdim edirik: Metodik göstərişlər Proqram çərçivəsində keçiriləcək tədbirlərin siyahısı və tədbirdə iştirak qaydaları © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
17/03/2017
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının təşklilatçılığı ilə 24-28 aprel 2017-ci il tarixlərində Bakı şəhərində “IV İslam Həmrəylik Oyunları”na həsr olunan “İSLAM ÖLKƏLƏRİNİN GƏNC ALİMLƏRİNİN FORUMU” keçiriləcək. Müxtəlif elm sahələrinə dair tədqiqat işlərinin müzakirəsini hədəfləyən Forumda islam ölkələrinin gənc alim və mütəxəssisləri iştirak edə bilər. Müraciət üçün son tarix 1 […]
17/03/2017
6 mart 2017-ci il tarixdə Ukrayna Elm və Texnologiya Mərkəzi (UETM) və Azərbaycan Milli Elmlər Akademiyası arasındakı əməkdaşlıq haqqında bəyanata əsasən, “Məqsədli Tədqiqat və İnkişaf Təşəbbüsləri 2017-2018” müsabiqəsi elan olunur. Müsabiqə aşağıdakı elmi prioritetləri nəzərdə tutur: Həyat elmləri, biotibb sahəsi, farmasevtika, insan sağlamlığının təmin olunması və möhkəmləndirilməsi. Aqrar biotexnologiyaları, torpağın məhsuldarlığı və qida məhsullarının təhlükəsizliyi. […]
17/03/2017
AMEA Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan növbəti elmi-populyar mühazirə martın 16-sı saat 15:00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda akt zalında keçirilib. Mühazirədə Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri-harmonik analiz” şöbəsinin aparıcı elmi işçisi, f-r.e.n, dos.Vidadi Mirzəyev “Birləşmələr nəzəriyyəsinin əsasları” mövzusunun davamını çıxış edib. Mühazirədə birləşmələr nəzəriyyəsinin […]