17/03/2017
AMEA-nın müxbir üzvü Mais Həbib oğlu Cavadov 22 mart 1929-cu ildə Azərbaycan Respublikası İsmayıllı rayonunun Baskal kəndində anadan olmuşdur. 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin Riyaziyyat fakültəsini bitirmişdir. Moskva Dövlət Universitetində aspirantı olmuşdur. 1958-ci ildə akademik Z.I. Xəlilovun rəhbərliyi ilə “Ümumiləşmiş funksiyalar sinfində qarışıq məsələlərin tədqiqi” mövzusunda namizədlik, 1966-cı ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. O, əmək […]
16/03/2017
AMEA Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarlar keçirir. Üçüncü mühazirə martın 9-u keçirilib. “Birləşmələr nəzəriyyəsinin əsasları” mövzusunda keçirilən mühazirəyə AMEA Riyaziyyat və Mexanika İnstitutunun YouTube kanalından baxa bilərsiniz. Mühazirədə birləşmələr nəzəriyyəsinin əsas elementləri, tətbiqləri haqqında məktəb kursuna daxil olan və digər kombinator məsələlər […]
16/03/2017
Bu gün saat 10:30-da “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun baş elmi işçisi, t.e.d. Ramin Rza oğlu Rzayev “QEYRİ-SƏLİS MƏNTİQ TARİXİ RAKURSDA: ƏSAS ANLAYIŞLAR VƏ ƏSASLAR” mövzusunda məruzə edib. Məruzədə tarixi verilənlərin pozisiya-binar tərkiblərin qeyri-səlis təhlilinə əsaslanan volatil zaman sıraların yeni proqnozlaşdırma modelləri təqdim olunub. Təklif olunan modellərin prinsipial fərqləndirici xüsusiyyətləri […]
16/03/2017
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu “Ən Layiqli Alim – Ə.L.A.” məqsədli qrant müsabiqəsi çərçivəsində “2016-cı ilin alimi” mükafat müsabiqəsini elan edib. Mütəmadi olaraq keçirilməsi nəzərdə tutulmuş “Ən Layiqli Alim – Ə.L.A.” müsabiqəsi alimlərin, o cümlədən gənc alimlərin müxtəlif elm sahələri üzrə hər il ərzində əldə etdiyi elmi və elmi-təşkilati nailiyyətləri əsasında müsabiqə yolu […]
15/03/2017
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclasda AMEA RMİ-nun “Diferensial tənliklər” şöbəsinin böyük elmi işçisi r.ü.f.d. Şəmsiyyə Muradovaya 1211.01-Diferensial tənliklər ixtisası üzrə və “Funksional analiz” şöbəsinin böyük elmi işçisi f-r.e.n. Vüqar Xəlilova isə 1208.01-Ehtimal nəzəriyyəsi ixtisası üzrə dosent elmi adının verilməsi məsələsinə baxılıb. Gizli səsvermə nəticəsində Azərbaycan Respublikası Prezidenti […]
Bu gün Ümuminstitut seminarını AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov açaraq institutmuzun kollektivini ilaxır çərşənbə və qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik etdi. Sonra professor Misir Mərdanov institutun “Cəbr və riyazi məntiq ” şöbəsinin aparıcı elmi işcisi, riyaziyyat üzrə fəlsəfə doktoru Yusufov Vladimir Şəmiloviçin vaxtsız ölümündən kədərləndiyini seminar iştirakçıları ilə bölüşmüş və […]