Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Riyaziyyat və Mexanika İnstitutunda 2025-ci ilin illik hesabatı təqdim edilib

2025-ci il noyabrın 26-da Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın geniş iclası keçirilmiş və institutun illik fəaliyyəti üzrə hesabat akademik Misir Mərdanov tərəfindən təqdim edilmişdir. Misir Mərdanov hesabatında bildirmişdir ki, hesabat dövründə İnstitutda elmi tədqiqatlar riyaziyyat və mexanika üzrə ümumilikdə 6 əsas istiqaməti əhatə etmişdir. Bu istiqamətlərə harmonik və qeyri-harmonik analiz, approksimasiya nəzəriyyəsi; diferensial tənliklərin […]

Dünyanın ən güclü superkompüterlərinin yenilənmiş TOP500 reytinqi açıqlanıb

Milli.Az xəbər verir ki, nüfuzlu reytinqin noyabr buraxılışında dörd eksaflops sistemi yer alıb ki, onlardan üçü ABŞ-də (Lourens adına Livermor milli laboratoriyasında “El Capitan”, Ouk Ridj Milli laboratoriyasında “Frontier” sistemi və “Argonne Leadership Computing Facility”də “Aurora”), biri isə Avropada (Almaniyadakı “EuroHPC/Jülich” superkompüter mərkəzində quraşdırılmış “JUPITER Booster”) yerləşir. Superkompüter siyahısının davamlı təkamülü sürətli memarlıq innovasiyalarını, qarışıq dəqiqlikli […]

Mütəxəssislər xəbərdarlıq edir: AI çatbotları yeniyetmələrin psixi sağlamlığı üçün təhlükəlidir

Common Sense Media və Stanford Medicine-in Beyin Sağlamlığı İnnovasiya Mərkəzi (Brainstorm Lab) tərəfindən aparılan yeni araşdırma dörd böyük süni intellekt çatbotunu: Meta AI, ChatGPT, Claude və Gemini-ı yeniyetmələrin psixi sağlamlığı ilə bağlı simulyasiya edilmiş dialoqlarda test edib. Mütəxəssislər nəticələrdən sonra bütün çatbotların gənclər üçün təhlükəli olduğunu hesab ediblər. Sınaqlar göstərib ki, çatbotlar psixoz, halüsinasiyalar və təhlükəli düşüncə […]

Fizika İnstitutunun 80 illik yubileyi qeyd olunub

Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda institutun 80 illik yubileyi münasibəti ilə tədbir keçirilib. Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. İnstitutun baş direktoru akademik Arif Həşimov Fizika İnstitutunun 80 illik fəaliyyəti haqqında məlumat verib. Ardınca Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli məruzə ilə çıxış edib. AMEA üzvləri Akif Əlizadə, Misir Mərdanov və […]

Elmə ayrılan vəsait 36 faiz artırılır

“2026-cı ilin dövlət büdcəsi layihəsində elm xərcləri üçün 228 milyon manat vəsaitin ayrılacağı proqnozlaşıdırlır”. “Azərbaycan müəllimi” xəbər verir ki, bunu Milli Məclisin deputatı Fariz İsmayılzadə parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. O əlavə edib ki, bu da 2022-ci il ilə müqayisədə 61 milyon manat və […]

“Elm” qəzetinin AMEA-nın 80 illik yubileyinə dair xüsusi buraxılışı çapdan çıxıb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin noyabr ayında Akademiyanın 80 illik yubileyinə həsr olunmuş xüsusi buraxılışı çap edilib. Bu sayda AMEA-nın 80 illik yubiley yığıncağının mühüm hadisələri və nəticələri əks olunub. Qəzetin ilk səhifələrində yubiley tədbirində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin geniş nitqi yer alır. Həmçinin, dövlət başçısının “Azərbaycan elminin inkişafında […]

Faydalı linklər