Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Vikipediya”nın Azərbaycan dili bölməsində dərinlik 52 olub

“Vikipediya” platformasının Azərbaycan dili bölməsi hər ötən gün zənginləşir və bu da ana dilimizdə məlumatların əlçatanlığını təmin edir. Artıq Azərbaycan dili bölməsinə müraciət edənlərin sayı milyonları keçir. Bu günlərdə Azərbaycan “Vikipediya” İcmasının səmərəli fəaliyyəti nəticəsində “Vikipediya”da dərinlik (keyfiyyət) göstəricisi 51-dən 52-yə yüksəlib. Göstərici “Vikipediya”da qrupların birgə fəaliyyətindən xəbər verir. Nəticə etibarilə Azərbaycan dilində olan məlumat […]

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin aprel ayında ilk sayı çapdan çıxıb. Qəzetin ön səhifəsində “Azərbaycan-Almaniya əlaqələrində yeni səhifə” başlıqlı icmal yer alıb. Bugünkü sayın ilk səhifələrində Prezident İlham Əliyevin AMEA-nın 80 illiyi ilə bağlı Sərəncamının icrasından irəli gələrək qarşıda duran vəzifələrə həsr olunan AMEA-nın Rəyasət Heyətinin xüsusi iclasına dair yazı, AMEA-nın prezidenti akademik […]

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması məqsədilə qərara alıram: Azərbaycan Respublikasının Nazirlər Kabineti: 1.1. 2025-ci ilin sonunadək mərhələli şəkildə aşağıdakı tədbirlərin görülməsini təmin etsin və nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin: 1.1.1. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin […]

Süni intellektdə yeni dövr: “Microsoft” insan beyni əsaslı AI inkişaf etdirir

“Microsoft” və İsveçrənin “İnait” startapı məməli beyninin məntiqi düşünmə qabiliyyətlərini süni intellektə (AI) inteqrasiya edərək, robototexnikadan maliyyə ticarətinə qədər bir çox sahədə yeni bir dövr başlatmağı hədəfləyir. Qaynarinfo xəbər verir ki, “Microsoft” İsveçrədə yerləşən “İnait” şirkəti ilə əməkdaşlıq edərək süni intellekt sahəsində yeni bir dövrün qapılarını açır. Bu tərəfdaşlıq insan və digər məməlilərin beyninin məntiqi […]

Gənc istedadlara xüsusi təqaüdlər veriləcək

Prezident İlham Əliyev gənc istedadlara xüsusi təqaüdlərin verilməsi haqqında Sərəncam imzalayıb. “Azərbaycan müəllimi” AZƏRTAC-a istinadən xəbər verir ki, Sərəncama əsasən, adları “Qızıl kitab”a yazılmış gənc istedadlara xüsusi təqaüdlərin verilməsi məqsədilə Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə 98 794 manat məbləğində vəsait ayrılıb. Maliyyə Nazirliyi […]

Planetimizdəki bütün su ehtiyatları sürətlə tükənir

Yeni bir tədqiqatın narahatedici nəticələri göstərir ki, planetdə quruda saxlanılan “əhəmiyyətli” miqdarda su ehtiyatları artıq tükənib. Söhbət torpaq, göllər və çaylar kimi mənbələrdən gedir. Melburn Universitetinin hidroloq professor Dongryeol Ryu və onun həmkarı Ki-Weon Seo kompüter modellərinin gözlənilməz nəticə göstərdiyinə təəccübləniblər: Yer üzündəki su ehtiyatlarının – o cümlədən torpaq, çay və göllərdəki suyun – əksəriyyəti […]

Faydalı linklər