Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

E L A N

Bildiyimiz kimi, AMEA ilə dünyada ən nüfuzlu elmi-analitik informasiya təminatçısı və mənbəyi kimi tanınan “Thomson Reuters” Agentliyi ilə müqavilə imzalanıb. Müqavilədə AMEA-nın elmi-tədqiqat müəssisəsi və orada çalışan alim və mütəxəssislərin “Thomson Reuters” platformasının bibliometrik şəbəkəsindən – “Web of Science”-dan istifadə imkanı əks olunub. 27.01.2017 tarixində saat 11:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Thomson Reuters” Agentliyinin […]

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib

Azərbaycanın tanınmış riyaziyyatçısı, Əməkdar elm xadimi, Azərbaycan SSR Dövlət mükafatı laureatı, AMEA-nın həqiqi üzvü, fizika-riyaziyyat üzrə elmlər doktoru, professor Cəlal Eyvaz oğlu Allahverdiyev yanvar ayının 19-da 87 yaşında vəfat edib. Allahverdiyev Cəlal Eyvaz oğlu 17 sentyabr 1929-cu ildə Şuşa şəhərində anadan olmuşdur. 1951-ci ildə Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. 1957-ci ildə fəlsəfə doktoru, […]

E L A N

25.01.2017-cı il saat 10:00-da Ümuminstitut seminarında “Tətbiqi Riyaziyyat” şöbəsinin böyük elmi işçisi dos. İradə Hətəmqızı Mirzəzadə “Toksiki Maddələrlə Zəhərlənmələrin Diaqnostika və Monitorinqi Üçün İntellektual-İnformasiya Sisteminin İşlənməsi (dəm qazı timsalında)” mövzusunda məruzə edəcəkdir. Bu elmi iş toksiki maddələrlə zəhərlənmələrin diaqnostika və monitorinqi üçün intellektual-informasiya sisteminin işlənməsi dəm qazı timsalında mövzusuna həsr olunub. Son zamanlar əhali arasında […]

Riyaziyyat və Mexanika İnstitutunda 20 Yanvar faciəsinin 27-ci ildönümü münasibətilə anım tədbiri keçirilib

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş anım tədbirində Azərbaycanın igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayıb, onların əziz xatirəsini böyük ehtiramla yad etdilər. Vətən uğrunda can­la­rını qurban vermiş mərd, igid oğul və qızla­rımızın uyuduğu Şəhidlər xiya­ba­nı xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrilib. Şəhidlərimiz və Şəhidlər […]

“Çubuğun qızdırılması prosesində bir əks əlaqəli idarəetmə məsələsinin ədədi həlli ” mövzusunda “Optimal İdarəetmə” şöbəsinin seminarı keçirilib

Bu gün 10:30-da «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçirilib. Seminarda İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, riyaziyyat elmləri doktoru, Vaqif Maarif oğlu Abdullayev « Çubuğun qızdırılması prosesində bir əks əlaqəli idarəetmə məsələsinin ədədi həlli » mövzusunda məruzə edib. Məruzədə paylanmış parametrli obyektlərdə əks əlaqəli optimal idarəetmə məsələsi nümunəsində obyektin vəziyyətinə nəzarət nöqtələri yerlərinin optimal paylanması məsələsinə […]

Tanınmış riyaziyyatçı Rauf Abdulla oğlu Bayramovun anadan olmasının 75 illiyi tamam oldu

2016-cı il dekabr ayının 31-də istedadlı alim, ölkəmizin riyaziyyat elminin inkişafında böyük rol oynamış, Azərbaycan və onun hüdudlarından kənarda tanınmış riyaziyyatçı, fizika-riyaziyyat elmləri namizədi, dosent Rauf Abdulla oğlu Bayramovun anadan olmasının 75 illiyi tamam oldu. Rauf Bayramov 1941-ci ildə tanınmış ziyalı ailəsində anadan olmuşdur. Atası, Abdulla Bayramov mədəniyyət naziri, anası, ilk qadın-diplomatlardan biri Tahirə Tahirova […]

Faydalı linklər