06/12/2024
Dekabrın 10-da Elm və Təhsil Nazirliyinin akademik mətbu orqanı olan elmi-nəzəri, pedaqoji “Azərbaycan məktəbi” jurnalının 100 illik yubileyi münasibətilə tədbir keçiriləcək. Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək tədbirdə nazirliyin rəsmiləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, ziyalılar, təhsil işçiləri və digər qonaqların iştirakı nəzərdə tutulur. Tədbirin təşkilində məqsəd artıq 100-cü ildir ki nəşr edilən jurnalın […]
05/12/2024
Sessiya çərçivəsində süni intellekt əsaslı elmi məlumat axtarış sistemi – “Scopus AI” alətindən istifadə etməklə tədqiqat trendlərinin müəyyən edilməsi, xülasələrin hazırlanması, aktual mövzuların və müvafiq ekspertlərin tapılması barədə iştirakçılara məlumat verilib. Oxşar info-sessiyalar 9, 12 və 17 dekabr tarixlərində müvafiq olaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində və Azərbaycan Dövlət İqtisad […]
04/12/2024
04 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Elmi şurasının iclasında bir sıra şöbələrin cari il üzrə hesabatları dinlənilib. Tədbirdə institutun rəhbərliyi, şura üzvləri, şöbə müdirləri iştirak ediblər. İclasda «Qeyri-harmonik analiz», “Deformasiya olunan bərk cisim mexanikası” və“Siqnalların emalının riyazi problemləri”şöbələrinin 2024-cü il üzrə hesabatları təqdim olundu. Sonda hesabatlarla bağlı […]
04/12/2024
Amerikalı alimlər elektronların deyil, atomun nüvəsinin keçidlərini ölçən nüvə saatının yaradılması istiqamətində mühüm addım atıblar. Torium-229 izotopundan istifadə edərək, seziumdan milyon dəfə yüksək tezlikdə ultrabənövşəyi işığın həyəcanlandırdığı keçidləri müşahidə edə bildilər. Bu barədə The Conversation portalı məlumat yayıb. Dəqiq vaxt ölçmələri GPS-dən maliyyə əməliyyatlarına qədər müasir texnologiyanın əsasını təşkil edir. Bununla belə, zamanın əsas vahidi […]
03/12/2024
03 dekabr 2024 -cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Elmi şurasının iclası keçirildi. İclasda “Diferensial tənliklər” və “Dalğa dinamikası”şöbələrinin 2024-cü il üzrə hesabatları dinlənilib. Sonda hesabatlarla bağlı geniş müzakirə aparılıb, açıq səsvermə keçirilərək hesabatlar müsbət qiymətləndirilib. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
03/12/2024
Sərəncam SABAH proqramının əhatə dairəsinin 2025‒2026-cı tədris ilindən başlayaraq mərhələlərlə 2028-ci ilədək genişləndirilməsi, SABAH proqramı ilə təhsil alan tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi və digər məsələləri əhatə edir. Ətraflı: https://president.az/az/articles/view/67327 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.