Bu gün Ümuminstitut seminarında “Dalğa dinamikası” şöbəsinin baş elmi işçisi, f.-r.e.d., prof. Nazilə Bilal qızı Rəsulova “Düzbucaqlı tirlərdə qeyri-stasionar dalğaların yayılması” mövzusunda məruzə edib. Təqdim olunan məruzə düzbucaqlı elastiki tirlərin dinamikasına aiddir və bu mövzu keçən əsrlərdə hələ Qabriel Lamedən başlayaraq, bir çox tədqiqatçıların diqqətini özünə cəlb edən bir mövzu olmuşdur. Məruzədə, dəqiq üçölçülü elastiklik nəzəriyyəsi […]
02.03.2016 tarixində, saat 10:00-da Ümuminstitut seminarında “Dalğa dinamikası” şöbəsinin baş elmi işçisi, f.-r.e.d., prof. Nazilə Bilal qızı Rəsulova “Düzbucaqlı tirlərdə qeyri-stasionar dalğaların yayılması” mövzusunda məruzə edəcəkdir. Təqdim olunan məruzə düzbucaqlı elastiki tirlərin dinamikasına aiddir və bu mövzu keçən əsrlərdə hələ Qabriel Lamedən başlayaraq, bir çox tədqiqatçıların diqqətini özünə cəlb edən bir mövzu olmuşdur. Məruzədə, dəqiq […]
26/02/2016
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Xocalı soyqırımının 24-cü il dönümü anıldı. Tədbiri giriş sozü ilə açan institutun direktoru, professor Misir Mərdanov mənfur ermənilərin qəddarlığından, o cümlədən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalıda törətdikləri dəhşətli qırğınlardan danışıb. Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad […]
26/02/2016
25.02.2016-cı il saat 11.00-da «Optimal idarəetmə» şöbəsinin dördüncü seminarı keçirilib. Seminarda BDU-nun professoru Hamlet Quliyev «HİPERBOLİK TƏNLİKLƏR ÜÇÜN BƏZİ OPTIMAL İDARƏETMƏ MƏSƏLƏLƏRİ» mövzusunda məruzə edib. Məruzədə əvvəlcə üçüncü sərhəd şərtli xətti hiperbolik tənliklər üçün idarəetmə məsələsi tədqiq edilib. Sonra isə çubuğun əyilmə-burulma rəqsləri ilə bağlı optimal idarəetmə məsələsinə baxılıb, inteqral bərabərsizliyi şəklində optimallıq üçün zəruri […]
24/02/2016
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirildi. Iclasda gündəlikdə duran cari məsələlər müzakirə olunub. Şurada cari məsələlərlə yanaşı AMEA-nın Rəyasət heyyətindən daxil olmuş qərarlarla şura üzvləri tanış edilib. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
Bu gün Ümuminstitut seminarında RMİ-nin “Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri r.e.d. Vüqar Elman oğlu İsmayılov «Xətti superpozisiyalarla göstəriliş» mövzusunda məruzə edib. Məruzədə verilmiş çoxluqda təyin olunmuş funksiyaların xətti superpozisiyalarla göstərilişi üçün zəruri və kafi şərtlər haqqında danışılıb. Bundan əlavə aşağıdakı nəticə müzakirə edilib: Əgər sonsuz X çoxluğunun sonlu altçoxluqlarında hər hansı göstəriliş doğrudursa, onda həmin göstəriliş […]