Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Birdəfəlik Dissertasiya Şurasında riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün iki dissertasiya işi müdafiə edilib

19 fevral 2016-cı il tarixində saat 14:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutu nəzdində riyaziyyat üzrə elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün D 01.111 birdəfəlik dissertasiya şurasının növbəti iclasında Aynur Füzuli qızı Əmrahovanın “Sinqulyar inteqral operatorların aproksimasiyaları və onun tətbiqləri” mövzusunda , 16:00 -da isə Aygün Tofiq qızı Orucovanın “Ümumiləşmiş Besov-Morri tipli fəzalarda […]

“Optimal idarəetmə” şöbəsinin  “HİPERBOLİK TƏNLİKLƏR ÜÇÜN BƏZİ OPTIMAL İDARƏETMƏ MƏSƏLƏLƏRİ” mövzusunda dördüncü seminarı keçiriləcək

25.02.2016-cı il saat 11.00-da «Optimal idarəetmə» şöbəsinin dördüncü seminarı keçiriləcəkdir. Seminarda BDU-nun professoru Hamlet Quliyev «HİPERBOLİK TƏNLİKLƏR ÜÇÜN BƏZİ OPTIMAL İDARƏETMƏ MƏSƏLƏLƏRİ» mövzusunda məruzə edəcəkdir. Məruzədə əvvəlcə üçüncü sərhəd şərtli xətti hiperbolik tənliklər üçün idarəetmə məsələsi tədqiq ediləcəkdir. Sonra isə çubuğun əyilmə-burulma rəqsləri ilə bağlı optimal idarəetmə məsələsinə baxılacaq, inteqral bərabərsizliyi şəklində optimallıq üçün zəruri […]

E L A N

24.02.2016-cı il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri r.e.d. Vüqar Elman oğlu İsmayılov «Xətti superpozisiyalarla göstəriliş» mövzusunda məruzə edəcəkdir. Məruzədə verilmiş çoxluqda təyin olunmuş funksiyaların xətti superpozisiyalarla göstərilişi üçün zəruri və kafi şərtlər haqqında danışılacaq. Bundan əlavə aşağıdakı nəticə müzakirə ediləcəkdir: Əgər sonsuz X çoxluğunun sonlu altçoxluqlarında hər hansı göstəriliş doğrudursa, onda […]

“Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarında “Riyazi analiz” şöbəsinin aparıcı elmi işçisi Rövşən Əlifağa oğlu Bəndəliyev məruzə etmişdir

19.02.2016-cı il saat 12:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilmişdir. Seminarda “Riyazi analiz” şöbəsinin aparıcı elmi işçisi Rövşən Əlifağa oğlu Bəndəliyev “0<p(x)<1 şərti daxilində C0∞(Ω) fəzasının Lp(x) (Ω) fəzasında sıxlığı və bu fəzada kompaktlıq məsələsi” mövzusunda məruzə etmişdir. Məruzədə 0<p(x)<1 şərti daxilində C0∞(Ω) fəzasının Lp(x)(Ω) fəzasında sıxlığı və bu […]

E L A N

Türkiyə Respublikasının Ankara şəhərində Prof. Dr. Hüseyn Hüseynovun xatirəsinə həsr olunmuş “International Conference on Applied Mathematics and Analysis (ICAMA2016)” adlı Beynəlxalq Konfrans təşkil olunacaqdır. Konfrans Atılım Universitetində təşkil olunacaq və 11 -13 İyul 2016 tarixlərində keçiriləcəkdir. Daha ətraflı məlumatı konfransın rəsmi internet saytından ala bilərsiniz: http://icama2016.atilim.edu.tr/ © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına […]

E L A N

19.02.2016-cı il saat 12:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda “Riyazi analiz” şöbəsinin aparıcı elmi işçisi Rövşən Əlifağa oğlu Bəndəliyev “0<p(x)<1 şərti daxilində C0∞(Ω)  fəzasının  Lp(x) (Ω) fəzasında sıxlığı və bu fəzada kompaktlıq məsələsi” mövzusunda məruzə edəcəkdir. Məruzədə 0<p(x)<1 şərti daxilində C0∞(Ω) fəzasının Lp(x)(Ω) fəzasında sıxlığı və bu fəzadan götürülmüş alt çoxluğun Riss-Kolmoqorov mənada […]

Faydalı linklər