Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

E L A N

28.09.2016-cı il saat 10:00-da Ümuminstitut seminarında dosent Rza Çingiz oğlu Mustafayev “Maksimal kommutator və maksimal funksiyanın kommutatoru üçün Morri fəzalarında zəif-tipli qiymətləndirmələr” mövzusunda məruzə edəcəkdir. Məruzədə M Hardi-Litlvud maksimal operatorunun ML(logL), λ(ℜn) Ziqmund-Morri fəzalarında 0 < λ< n üçün məhdud olmadığı, M maksimal operatorunun Ziqmund-Morri fəzalarında radial azalan funksiyalar üçün məhdud qalması və iterativ maksimal operator M2 – nın ML(logL), […]

E L A N

28.09.2016-cı il saat 11.20-də «Diferensial tənliklər» şöbəsinin seminarı keçiriləcəkdir. Seminarda Riyaziyyat və Mexanika İnstitutunun aparıcı elmi işçisi, f.-r.e.n. Telman Benser oğlu Qasımov «KƏSİLƏN DİFERENSİAL OPERATORLARIN SPEKTRAL NƏZƏRİYYƏSİNİN BƏZİ MƏSƏLƏLƏRİ » mövzusunda məruzə edəcəkdir. Məruzə kəsilən çoxnöqtəli və inteqral sərhəd şərtli adi diferensial və kvazidiferensial operatorlar üçün spektral məsələyə həsr olunmuşdur. Sərhəd şərtlərinin requlyarlığı və güclü […]

“Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarında şöbənin dissertantı Rəhimova Kəmalə məruzə edib

23.09.2016-cı il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirildi. Seminarda şöbənin dissertantı Rəhimova Kəmalə Razim qızı “Anizotrop Riss potensialının anizotrop ümumiləşmiş Morri fəzasında məhdudluğunun xarakterizasiyası” mövzusunda məruzə etdi. Məruzədə anizotrop Riss potensialının anizotrop ümumiləşmiş Morri fəzasında məhdudluğu üçün zəruri və kafi şərt haqqında danışıldı. © Bütün hüquqlar qorunur. […]

“Diferensial tənliklər” şöbəsinin müdiri, prof. Əkbər Əliyev, Akademik N.Musxeleşvilinin 125 illik yubileyinə həsr edilmiş konfransda iştirak edib

RMİ “Diferensial tənliklər” şöbəsinin müdiri, prof. Əkbər Əliyev Gürcüstan Respuplikası Batumi şəhərində, 5 – 9 sentyabr 2016-cı il tarixində Şota Rustaveli adına Dövlət Universitetində akademik N.Musxeleşvilinin 125 illik yubileyinə həsr edilmiş konfransda iştirak edib və məruzə ilə çıxış edib (VII INTERNATIONAL JOINT CONFERENCE OF THE GEORGIAN MATHEMATICAL UNION & GEORGIAN MECHANICAL UNIONS: CONTINUUM MECHANICS AND […]

“Optimal idarəetmə” şöbəsinin seminarı keçirilib

22.09.2016-cı il saat 11.00-da «Optimal idarəetmə» şöbəsinin onbirinci seminarı keçirilib. Seminarda Riyaziyyat və Mexanika İnstitutunun aparıcı elmi işçisi Rafiq Teymurov «QEYRI-LOKAL INTEQRAL SƏRHƏD ŞƏRTLI PARABOLIK TƏNLIKLƏR ÜÇÜN BƏZİ OPTIMAL IDARƏETMƏ MƏSƏLƏLƏRI» mövzusunda məruzə edib. Məruzədə vəziyyəti qeyri-lokal inteqral sərhəd şərtlı parabolik tənliklə təsvir olunan sistemlər üçün hərəkət edən mənbələrin optimal idarə edilməsi məsələlərinə baxılır. Məsələnin […]

“Diferensial tənliklər” şöbəsinin müdiri, prof. Əkbər Əliyev İzmir şəhərində, 26 – 28 avqust 2016-cı il tarixində İzmir Yüksək Texnologiyalar Universitetinin təşkil etdiyi Workshopda çıxış edib

Riyaziyyat və Mexanika İnstitutunun “Diferensial tənliklər” şöbəsinin müdiri, prof. Əkbər Əliyev Türkiyə Respuplikası İzmir şəhərində, 26 – 28 avqust 2016-cı il tarixində İzmir Yüksək Texnologiyalar Universitetinin təşkil etdiyi Workshopda məruzə ilə çıxış edib (Workshop on Nonlinear PDEs in Applied Mathematics, Aug 26-28, 2016- Izmir Institute of Technology). © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az […]

Faydalı linklər