Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri, r.e.d. Vüqar İsmayılov Türkiyədə elmi ezamiyyətdə olmuşdur

24.01.2016-28.01.2016 tarixlərində institutun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri, r.e.d. Vüqar İsmayılov Türkiyənin İstanbul şəhərində yerləşən İstanbul Ticarət Universitetində elmi ezamiyyətdə olmuşdur. Ezamiyyət vaxtı İstanbul Ticarət Universiteti, riyaziyyat fakültəsinin professoru Ekrem Savaşla ridge funksiyalar mövzusu ətrafında geniş müzakirələr aparılmışdır. Ridge funksiyalar üzrə alınmış bir sıra nəticələrin neyron şəbəkələr nəzəriyyəsində tətbiq olunma yolları araşdırlımışdır. Məlum olmuşdur ki, neyron […]

E L A N

03.02.2016 tarixində, saat 10:00-da Ümuminstitut seminarında Nailə Merac qızı Kələntərli “Dairəvi və halqaşəkilli disklərin dağılması” mövzusunda məruzə edəcəkdir. Bu məruzə dairəvi və halqaşəkilli disklərdə çat tipli qüsurların yaranması və inkişafı haqqında dağılma mexanikasının bəzi sərhəd problemlərinə həsr olunub. Dairəvi və halqaşəkilli disklərdə catların yaranması və inkişafı haqqında dağılma mexanikasının müstəvi məsələləri sinfi ilk dəfə tədqiq […]

“Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri” adlı seminarı keçirilmişdir

29.01.2016-cı il saat 12:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarında şöbənin aparıcı elmi işçisi, dos. Elman İbrahimov “Gegenbauer operatorunun doğurduğu Riss potensialı üçün Hardi-Littlvud-Sobolev teoremi” mövzusunda məruzə etmişdir. Məruzədə Qeqenbauer maksimal funksiyası üçün Lp,λ-məhdudluğundan və həmçinin Lp,λ fəzasında Riss potensialı üçün Hardi-Littlvvud-Sobolev teoreminin isbatından danışılmışdır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən […]

“Oblasta nəzərən bir tərs məsələ haqqında” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün  Ümuminstitut seminarında “Optimal İdarəetmə” şöbəsinin böyük elmi işçisi, riyaziyyat elmləri doktoru Y.S.Qasımov “Oblasta nəzərən bir tərs məsələ haqqında” mövzusunda məruzə edib. Məruzədə Şredinger operatoru üçün qoyulmuş bir tərs məsələyə baxılır. Baxılan məsələnin spesifikası ənənəvi tərs məsələlərdən onunla fərqlənir ki, burada axtarılan obyekt potensial, əmsal və ya sərhəd şərtləri deyil, operatorun verilmə oblastıdır. Belə məsələlərin […]

Riyaziyyat və Mexanika İnstitutu və institutun “Azerbaijan journal of mathematics” jurnalı SCOPUS mükafatına layiq görülmüşdür

25 yanvar 2016-ci ildə Azərbaycanda ilk dəfə “SCOPUS Mükafatları”nın təqdimatı keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev təqdimatların əhəmiyyətindən söz açıb, ölkəmizdə elmin inkişafına dövlət tərəfindən göstərilən qayğını xüsusi vurğulayıb. Prezident yanında Elmin İnkişaf Fondunun icraçı direktoru Elçin Babayev bildirib ki, adıçəkilən mükafat dünyanın tanınmış akademik nəşriyyatlarından və informasiya […]

E L A N

28.01. 2016-cı il saat 11:00-də “Optimal idarəetmə şöbəsinin ikinci seminarı keçiriləcəkdir. Seminarda şöbənin professoru Telman Məlikov “DİSKRET SİSTEMLƏRLƏ TƏSVİR OLUNAN PROSESLƏRİN İDARƏ OLUNMASI” mövzusunda məruzə edəcəkdir. Məruzədə birinci və ikinci tərtib bəzi zəruri şərtlərin alınması şərh olunacaqdır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər