Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Diferensial tənliklərin qrup təhlili sahəsində görkəmli alim, Blekinge Texnologiya İnstitutunun Elm və Mühəndislik Məktəbin Riyaziyyat fakültəsinin (Karlskrona, İsveç) professoru NAİL İBRAHİMOV tərəfindən keçirilən on-line kurslar

Diferensial tənliklər, qrup təhlili və riyazi modelləşdirmə sahəsində görkəmli alim, Blekinge Texnologiya İnstitutunun Elm və Mühəndislik Məktəbin Riyaziyyat fakültəsinin (Karlskrona, İsveç) professoru və Beynəlxalq ALGA Mərkəzinin direktoru Nail İbrahimov (http://www.mathnet.ru/rus/person22634) AMEA Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşlarına “Diferensial tənliklər, qrup analizi və riyazi modelləşdirmə” mövzusunda online kurslarda iştirak etməyinə imkan yaratmışdır. Kurslara giriş və qeydiyyat aşağıdakı […]

“Çern tipli anti-Hermitrabiteler” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün Ümuminstitut seminarında Atatürk Universitetinin proffessoru Arif Səlimov “Çern tipli anti-Hermitrabiteler” mövzusunda məruzə edib. Bu məruzədə anti-Hermit çoxobrazlılar üzərindəki burulmalı rabitələr içərisindən Çern tipli rabitələrin yeni sinifləri daxil edilərək, bu rabitələrin açıq düstürları tapılmışdır. Bu cür rabitələrin laylaşan fəzaların lift nəzəriyyəsindəki tətbiqinə də baxılmışdır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

E L A N

08.06.2016-ci il saat 10:00-da Ümuminstitut seminarında Atatürk Universitetinin proffessoru Arif Səlimov “Çern tipli anti-Hermitrabiteler” mövzusunda məruzə edəcəkdir. Bu məruzədə anti-Hermit çoxobrazlılar üzərindəki burulmalı rabitələr içərisindən Çern tipli rabitələrin yeni sinifləri daxil edilərək, bu rabitələrin açıq düstürları tapılmışdır. Bu cür rabitələrin laylaşan fəzaların lift nəzəriyyəsindəki tətbiqinə də baxılmışdır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az […]

“Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri” jurnalı “Thomson Reuters” agentliyinin “EMERGING SOURCES CITATION INDEX” bazasına daxil edilmişdir

Riyaziyyat və Mexanika İnstitutunda riyaziyyatdan üç elmi jurnal çap olunur. Onların üçü də ingilis dilində çap olunur. Jurnallar dünyanın müxtəlif agentlikləri tərəfindən qiymətləndirilir. Çox sevindirici haldır ki, “Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri” jurnalı “Thomson Reuters” agentliyinin “EMERGING SOURCES CITATION INDEX” bazasına daxil edilmişdir. Ümidvarıq ki, jurnalımız yaxın zamanlarda “Thomson Reuters” bazasının “SCIENCE CITATION INDEX EXPANDED” […]

“Qoşulma şərtləri ilə verilmiş Şturm–Liuvil məsələləri” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün Ümuminstitut seminarında Gaziosmanpaşa Universitetinin professoru Oqtay Şahhüseyn oğlu Muxtarov “Qoşulma şərtləri ilə verilmiş Şturm–Liuvil məsələləri” mövzusunda məruzə edib. Məruzə qoşulma şərtləri ilə verilmiş Şturm-Liuvil məsələlərinin spektral xassələrinin araştırılmasına həsr olunmuşdur. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

E L A N

01.06.2016-cı il saat 10:00-da Ümuminstitut seminarında Gaziosmanpaşa Universitetinin professoru Oqtay Şahhüseyn oğlu Muxtarov “Qoşulma şərtləriilə verilmiş Şturm–Liuvil məsələləri” mövzusunda məruzə edəcəkdir. Məruzədə qoşulma şərtləri ilə verilmiş Şturm-Liuvil məsələlərinin spektral xassələrinin araştırılmasına həsr olunmuşdur. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər