Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Elm festivalının açılış mərasimi keçirilib

Aprelin 8-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Elm festivalının açılışı olub. Açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, UNEC rektoru Ədalət Muradov, dövlət və özəl qurumların rəhbərləri, eləcə də digər qonaqlar iştirak ediblər. Giriş nitqi ilə çıxış edən rektor Ədalət Muradov tədbirin ölkə başçısının müvafiq sərəncamı ilə hər il keçirilən Elm Gününə həsr olunduğunu bildirib. Rektor elmin təşviqi ilə […]

BMT: “Süni zəka 2033-cü ilə qədər iş yerlərinin yarısını ixtisar edəcək”

BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) proqnozuna görə, 2033-cü ilə qədər süni zəka bazarının həcmi 4.8 trilyon dollara çatacaq. Lakin süni zəkanın üstünlükləri məhdud iştirakçı dairəsi üçün əlçatan olacaq ki, bu da inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında fərqin daha da artmasına səbəb ola bilər. UNCTAD hesab edir ki, bu vəziyyətin qarşısını almaq üçün inkişaf etməkdə olan ölkələr […]

Təbii hidrogen mənbəyi tapılıb

İndiyə kimi təbiətdə sərbəst şəkildə hidrogenin böyük miqdarda olmadığı düşünülürdü. Lakin fransalı alimlər yerin altında hidrogenin təbii yollarla əmələ gəldiyini aşkar etməklə nəinki bu qavrayışı dəyişdirdi, həm də enerji dünyasında köklü transformasiyanın qapısını açdı. 2023-cü ilin may ayında alimlər Fransanın Lotaringiya bölgəsindəki tərk edilmiş mədənlərdə təbii hidrogen yataqları aşkar ediblər. Daha sonra 2025-ci ilin martında […]

Avropada dünyanın ən güclü külək generatoru quraşdırılıb

Bir neçə gün öncə Siemens Gamesa şirkəti dünyanın ən güclü külək turbininin quraşdırılmasını tamamlayaraq Çin istehsalçılarına ciddi rəqib olduğunu göstərdi. Hal-hazırda Avropa şirkətləri əsasən 14-15 meqavat gücündə külək turbinləri istehsal etdiyi halda, Siemens Energy-nin törəmə bölməsi Danimarkanın sahil sularında 21.5 meqavat gücündə turbin quraşdırıb. İndiyə qədər dünyanın ən güclü külək turbinlərinin istehsalında Çin şirkətləri, o […]

Dövlət ali təhsil müəssisələrinin

“Dövlət ali təhsil müəssisəsinin Elmi Şurası haqqında Əsasnamə” təsdiqlənib. “Azərbaycan müəllimi” xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyinin kollegiyası qərar qəbul edib. Əsasnamə dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) Elmi Şurasının yaradılması, səlahiyyətləri və fəaliyyətinin təşkili qaydasını müəyyən edir. Şura ali təhsil müəssisəsinə ümumi rəhbərliyi həyata […]

Vikipediya”nın Azərbaycan dili bölməsində dərinlik 52 olub

“Vikipediya” platformasının Azərbaycan dili bölməsi hər ötən gün zənginləşir və bu da ana dilimizdə məlumatların əlçatanlığını təmin edir. Artıq Azərbaycan dili bölməsinə müraciət edənlərin sayı milyonları keçir. Bu günlərdə Azərbaycan “Vikipediya” İcmasının səmərəli fəaliyyəti nəticəsində “Vikipediya”da dərinlik (keyfiyyət) göstəricisi 51-dən 52-yə yüksəlib. Göstərici “Vikipediya”da qrupların birgə fəaliyyətindən xəbər verir. Nəticə etibarilə Azərbaycan dilində olan məlumat […]

Faydalı linklər