Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Dissertasiya Şurasında riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi müdafiə edilib

27 noyabr 2015-ci il tarixində AMEA Riyaziyyat və Mexanika İnstitutunun Dissertasiya Şurasında Fətayi Abdulhəmid oğlu İsayev ““Furye-Bessel inteqral operatorları üçün ikiçəkili bərabərsizliklərin tədqiqi” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında və Nazim Əsədulla oğlu Neymətovun “Çəkili inteqral göstəriliş və bəzi çəkili daxilolma teoremləri” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq […]

E L A N

02.12.2015-ci il saat 10:00-da Ümuminstitut seminarında prof. F.B.Nağıyev “Qaz-maye mühitinin mexanikasinin bəzi məsələləri” mövzusunda məruzə edəcəkdir. Hesablamaların nəticələri göstərdi ki, R.İ.Niqmatulinin təqdim etdiyi qabarcıqlı mayenin hal tənliyi qaz-maye qarışığının təzyiqinin və qazın həcmi konsentrasiyasının geniş diapazonunda vəziyyəti yaxşı təsvir edir. İşdə alınmış bir sıra hesablamalarla yaxşı uyğun gələn qaz-maye qarışığının yeni hal tənlikləri təklif edilmişdir. […]

E L A N

02.12.2015-ci il tarixində “Diferensial tənliklər” şöbəsinin seminarında aparıcı elmi işçisi, f.-r.e.n., dos. Mehdi Balayev “Qeyriməhdud xətti operatorlu yarımxətti parabolik tənliyin həllinin dayanıqlığı” mövzusunda məruzə edəcəkdir. İşdə birinci tərtib xətti qeyri məhdud operator əmsallı parabolik tipli evolyusion tənliyin həllinin dayanıqlığı öyrənilir.

“Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri” adlı seminarı keçirilib

Bu gün “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarında şöbənin aparıcı elmi işçisi, dos. Elman İbrahimov “Yaxınlaşma nəzəriyyəsinin daxilolma teoremləri” mövzusunda məruzə edib. Məruzədə Nikolski-Besov tipli daxilolma teoremi müzakirə olunub.

E L A N

27 noyabr 2015-ci il tarixində saat 14-00-da AMEA Riyaziyyat və Mexanika İnstitutu nəzdində riyaziyyat üzrə elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün D 01.111 dissertasiya şurasının növbəti iclasında Fətayi Abdulhəmid oğlu İsayevin “Furye-Bessel inteqral operatorları üçün ikiçəkili bərabərsizliklərin tədqiqi” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında və saat 16-00-da Nazim Əsədulla oğlu Neymətovun “Çəkili […]

“Spektral parametr daxil olan qeyri-requlyar diferensial operatorların tədqiqi” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün Ümuminstitut seminarında “Riyazi-Fizika tənlikləri” şöbəsinin böyük elmi işçisi r.e.d. dos. İlham V.Əliyev “Spektral parametr daxil olan qeyri-requlyar diferensial operatorların tədqiqi” mövzusunda məruzə edib. Məruzədə diferensial tənliklər üçün qeyri-lokal sərhəd şərtli diferensial operatorun müxtəlif xassələri haqqında danışılıb. Belə ki, tənliyə spektral parametr daxil olan halda uyğun bircins olmayan tənliyin həllinin qiymətləndirilməsi məsələləri araşdırılmış və operatorun […]

Faydalı linklər