08/04/2016
08.04.2016-cı il saat 12:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilmişdir. Seminarında şöbənin müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Sabir oğlu Quliyev “Riss potensialının local Morri-Lorents fəzalarında məhdudluğu” mövzusunda məruzə etmişdir. Məruzədə Riss potensialının lokal Morri-Lorents fəzalarında zəif və güclü məhduluğu üçün parametrlər üzərinə tapılmış zəruri və kafi şərtlər haqqında […]
07/04/2016
AMEA-nın müxbir üzvü, professor Vaqif Sabir oğlu Quliyev AMEA Rəyasət Heyyəti tərəfindən tövsiyyə olunan “Lokal Morri tipli fəzalarda harmonik analizin müasir problemləri və tətbiqləri” (2015-2017) adlı elmi – tədqiqat proqramı çərçivəsində elmi araşdırmalar aparmaq məqsədi ilə Türkiyənin Ankara Universitetində (Ankara ş.) 17 Mart – 04 Aprel 2016 ci il tarixlərində elmi ezamiyyətdə olmuşdur. Səfər müddətində […]
Ümuminstitut seminarını giriş sözü ilə institutun direktoru, professor Misir Mərdanov açaraq aprelin 2-dən başlayaraq cəbhə bölgəsində yaranan gərgin vəziyyətlə bağlı öz fikirlərini seminar iştirakçıları ilə bölüşüb. Seminarda döyüşlər zamanı şəhid olmuş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ümuminstitut seminarında Misir Ərəb Respublikasının Damietta Universitetinin Riyaziyyat müəllimi Səid El-Şabravi “Çəkili Morri tip fəzalarda sinus, […]
06/04/2016
H.H.Səfərov K.İ.Qəhrəmanov. – Müxtəsər kristalloqrafiya və pyezoelastiklik. – Bakı “Afpoliqraf”-2016-383s. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
06.04.2016-ci il saat 10:00-da Ümuminstitut seminarında Misir Ərəb Respublikasının Damietta Universitetinin Riyaziyyat müəllimi Səid El-Şabravi “Çəkili Morri tip fəzalarda sinus, kosinus və eksponent sistemlərinin bazislik xassələri” mövzusunda məruzə edəcəkdir. Məruzə çəkili Morri fəzalarında kosinus və sinus sistemlərinin, eləcə də eksponensial sistemlərin bazis xassələrinə həsr olunub. Çəkili Morri fəzaları üçün yeni metodlar təklif olunur. © Bütün […]
31/03/2016
Bu gün saat 11.00-da «Optimal idarəetmə» şöbəsinin beşinci seminarı keçirilib. Seminarda BDU-nun professoru Rafiq Tağıyev «ELLİPTİK TƏNLİKLƏRİN ƏMSALLARI İLƏ OPTİMAL İDARƏETMƏ MƏSƏLƏLƏRİ» mövzusunda məruzə edib. Məruzədə elliptik tənliklərin əmsalları ilə optimal idarəetmə məsələlərinə baxılıb. Məsələlərin qoyuluşunun korrektliyi tədqiq olunur və optimallıq üçün zəruri şərtlər alınır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir. […]