22/02/2016
25.02.2016-cı il saat 11.00-da «Optimal idarəetmə» şöbəsinin dördüncü seminarı keçiriləcəkdir. Seminarda BDU-nun professoru Hamlet Quliyev «HİPERBOLİK TƏNLİKLƏR ÜÇÜN BƏZİ OPTIMAL İDARƏETMƏ MƏSƏLƏLƏRİ» mövzusunda məruzə edəcəkdir. Məruzədə əvvəlcə üçüncü sərhəd şərtli xətti hiperbolik tənliklər üçün idarəetmə məsələsi tədqiq ediləcəkdir. Sonra isə çubuğun əyilmə-burulma rəqsləri ilə bağlı optimal idarəetmə məsələsinə baxılacaq, inteqral bərabərsizliyi şəklində optimallıq üçün zəruri […]
24.02.2016-cı il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri r.e.d. Vüqar Elman oğlu İsmayılov «Xətti superpozisiyalarla göstəriliş» mövzusunda məruzə edəcəkdir. Məruzədə verilmiş çoxluqda təyin olunmuş funksiyaların xətti superpozisiyalarla göstərilişi üçün zəruri və kafi şərtlər haqqında danışılacaq. Bundan əlavə aşağıdakı nəticə müzakirə ediləcəkdir: Əgər sonsuz X çoxluğunun sonlu altçoxluqlarında hər hansı göstəriliş doğrudursa, onda […]
22/02/2016
19.02.2016-cı il saat 12:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilmişdir. Seminarda “Riyazi analiz” şöbəsinin aparıcı elmi işçisi Rövşən Əlifağa oğlu Bəndəliyev “0<p(x)<1 şərti daxilində C0∞(Ω) fəzasının Lp(x) (Ω) fəzasında sıxlığı və bu fəzada kompaktlıq məsələsi” mövzusunda məruzə etmişdir. Məruzədə 0<p(x)<1 şərti daxilində C0∞(Ω) fəzasının Lp(x)(Ω) fəzasında sıxlığı və bu […]
19/02/2016
Türkiyə Respublikasının Ankara şəhərində Prof. Dr. Hüseyn Hüseynovun xatirəsinə həsr olunmuş “International Conference on Applied Mathematics and Analysis (ICAMA2016)” adlı Beynəlxalq Konfrans təşkil olunacaqdır. Konfrans Atılım Universitetində təşkil olunacaq və 11 -13 İyul 2016 tarixlərində keçiriləcəkdir. Daha ətraflı məlumatı konfransın rəsmi internet saytından ala bilərsiniz: http://icama2016.atilim.edu.tr/ © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına […]
19.02.2016-cı il saat 12:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda “Riyazi analiz” şöbəsinin aparıcı elmi işçisi Rövşən Əlifağa oğlu Bəndəliyev “0<p(x)<1 şərti daxilində C0∞(Ω) fəzasının Lp(x) (Ω) fəzasında sıxlığı və bu fəzada kompaktlıq məsələsi” mövzusunda məruzə edəcəkdir. Məruzədə 0<p(x)<1 şərti daxilində C0∞(Ω) fəzasının Lp(x)(Ω) fəzasında sıxlığı və bu fəzadan götürülmüş alt çoxluğun Riss-Kolmoqorov mənada […]
Ümuminstitut seminarını giriş sözü ilə açan Riyaziyyat və Mexanika İnstitutunun direktoru , professor Misir Mərdanov AMEA Riyaziyyat və Mexanika İnstitutunun “AMEA-nın Xəbərləri” və “RMİ-nin əsərləri” redaksiyasının baş redaktoru Esmira xanım Əliyevanı 60 illik yubileyi münasibətilə İnstitutun kollektivi adından təbrik etmişdir. Esmira xanıma möhkəm can sağlığı, fəaliyyətində uğurlar arzulamışdır. Sonra Ümuminstitut seminarında məruzə etmək üçün söz […]