Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

E L A N

Sentyabrın 30-da Ümuminstitut seminarında Almaniyanın Humboldt Universitetinin doktorantı İlmar Qəhrəmanov  “Yanq–Bakster tənliyinin  həlli” mövzusunda məruzə edəcəkdir. Məruzənin məqsədi inteqrallanan modellər və xüsusilə dəqiq həll olunan qəfəs modelləri ilə bağlı son illər baş verən inkişafı müzakirə etməkdir. Məruzədə Yanq–Bakster tənliyi, ulduz-üçbucaq münasibəti və onların xassələri müzakirə olunacaq. Daha sonra Yanq–Bakster tənliyinin yeni həlləri təqdim ediləcək. Həmçinin Yanq–Bakster […]

“Riyazi analiz, diferensial tənliklər və onların tətbiqləri” (MADEA-7) üzrə Beynəlxalq konfransın işində fəal iştiraklarına görə 22 nəfər əməkdaş “Tərifnamə” ilə təltif edilib

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru professor  Misir Mərdanov AMEA-nın 70 illik yubileyinə həsr olunmuş “ Riyazi analiz, diferensial tənliklər və onların tətbiqləri”  (MADEA-7) üzrə Beynəlxalq konfransın işində fəal iştiraklarına görə  22 nəfər əməkdaşı “Tərifnamə” ilə təltif edib. 1. dos., f-r.e.n, a.e.i. Rövşən Bəndəliyev 2. dos., f-r.e.n, a.e.i. Cavanşir Həsənov 3. dos., f-r.e.n, […]

Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutun kitabxanasına daxil olan yeni kitab

Asli Kaveh Hariri.,Aliyev Soltan Ali ogli -Fluid mechanics and heat  transfer:advances in nonlinear dynamics modeling-Canada-USA,Apple Academic Press Inc-2015-233p.

“Qeyri-bircins “lay-quyu” sistemində qaz-maye qarışığının axın proseslərinin riyazi modelləşdirilməsi” mövzusunda Ümuminstitut seminarı keçirildi

Sentyabrın 23-də AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Qeyri-bircins “lay -quyu” sistemində qaz-maye qarışığının axın proseslərinin riyazi modelləşdirilməsi” mövzusunda Ümuminstitut seminarı keçirilib. Seminarda “Tətbiqi Riyaziyyat” şöbəsinin əməkdaşı, texnika elmləri namizədi Elxan Abbasov məruzə edib. Layın deformasiyası və qeyri-bircinsliyi nəzərə alınmaqla qaz-maye qarışığının “lay-quyu” sistemində qeyri-müntəzəm axını təsvir edən inteqral riyazi modeli qurulmuş və qeyri-xətti əlaqəli diferensial […]

Dissertasiya Şurasında riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi müdafiə edilib

22 sentyabr 2015-ci il tarixində AMEA Riyaziyyat və Mexanika İnstitutunun Dissertasiya Şurasında BDU-nun “Tətbiqi riyaziyyat və kibernetika” fakültəsinin dosenti Yaqub Şərifov “Bəzi qeyri-lokal şərtli sərhəd və optimal idarəetmə məsələlərinin tədqiqi” mövzusunda “Diferensial tənliklər” iхtisаsında riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi müdafiə edib. Dissertasiyada alınmış nəticələr 32 işdə öz əksini tapıb. Dissertasiya […]

Professor Soltan Əli oğlu Əliyevin Apple Academic Press (AAP) nəşriyyatında “Fluid Mechonics and Heat Transfer” adlı kitabı çapdan çıxmışdır

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru, professor Soltan Əli oğlu Əliyevin mərkəzi ofisi ABŞ və Kanadada yerləşən Apple Academic Press (AAP) nəşriyyatında iranlı tələbəsi ilə birgə “Fluid Mechonics and Heat Transfer” adlı kitabı çapdan çıxmışdır. Qeyd edək ki, bu, alimin həmin nəşriyyatda inglis dilində çap olunan sayca üçüncü kitabıdır. Daha […]

Faydalı linklər