Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

AMEA-nın 70 illik yubileyinə həsr olunmuş “Riyazi analiz, Diferensial Tənliklər və onların Tətbiqləri RADTT-7″ üzrə VII Beynəlxalq Konfransının yekunları haqqında

09-13 sentyabr tarixində Riyaziyyat və Mexanika İnstitutunun təşkilatçılığı ilə AMEA-nın 70 illik yubileyinə həsr olunmuş Azərbaycan, Türkiyə və Ukrayna riyaziyyatçılarının birgə “Riyazi Analiz, Diferensial Tənliklər və onların Tətbiqləri” adlı (MADEA-7) VII Beynəlxalq Konfrans keçirildi. Konfransı giriş sözü ilə MADEA-7 konfransının həmsədri professor Fəxrəddin Abdullayev açıq elan etdi. Sonra AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Ukrayna Riyaziyyat […]

AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirildi

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın iclası keçirilib. İclasda cari məsələlər müzakirə olunub, “MADEA-7”  Beynəlxalq konfransının  yekunları haqqında şura üzvlərinə məlumat verilib. Doktoranturaya qəbul üçün test suallarının hazırlanması məsələsində yekdil qərara gəlinib. İclasın sonunda  AMEA-nın müxbir üzvü, prof. Vaqif Quliyevin ezamiyyəti haqqında hesabatı dinlənilib.

“Ridge funksiyalar və çoxdəyişənli funksiyaların ridge funksiyaların cəmi şəklində göstərilməsi” mövzusunda Ümuminstitut seminarı keçirildi

Sentyabrın 16-da AMEA Riyaziyyat və Mexanika İnstitutunda «Ridge funksiyalar və çoxdəyişənli funksiyaların ridge funksiyaların cəmi şəklində göstərilməsi» mövzusunda Ümuminstitut seminarı keçirilib. Seminarda institutun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri r.e.d. Vüqar İsmayılov məruzə edib. Məruzədə ridge funksiyaların müasir riyaziyyat elmində tutduğu əhəmiyyətli roldan danışılıb, Kembric Universitetində nəşr olunmuş “A.Pinkus, Ridge functions, Cambridge University Press, 2015” monoqrafiyası haqqında […]

Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İstitutunun Kitabxanasına daxil olan yeni jurnalların siyahısı

1.Механика машин механизмов и материалов-2015 № 2 2.Доклады РАН -2015-.т.462 № 1 3.Доклады РАН-2015-т.462 № 2 4.Доклады РАН-2015-т.462 № 3 5.Доклады РАН-2015-т.462 № 4 6.Доклады РАН-2015-т.462 № 5 7. Доклады РАН-2015-т.462 № 6 8.РЖ.Математика-2015 № 5 9.Рж.Математика-2015 № 6 10.РЖ.Механика-2015 № 5 11.РЖ.Механика-2015-№ 6 12.Прикладная механика -2015- т.51 № 4 13.Прикладная механика-2015 т .51 № […]

E L A N

16.09.2015-ci il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri r.e.d. Vüqar Elman oğlu İsmayılov «Ridge funksiyalar və çoxdəyişənli funksiyaların ridge funksiyaların cəmi şəklində göstərilməsi» mövzusunda məruzə edəcəkdir. Məruzədə ridge funksiyaların müasir riyaziyyat elmində tutduğu əhəmiyyətli roldan danışılacaq, Kembric Universitetində nəşr olunmuş “A.Pinkus, Ridge functions, Cambridge University Press, 2015” monoqrafiyası haqqında geniş məlumat veriləcəkdir. […]

AMEA RİYAZİYYAT VƏ MEXANİKA İNSTİTUTU 2015-ci ilin II yarımili üçün Ümuminstitut seminarının cədvəli

Tarix Şöbə 16.09.2015 FUNKSİYALAR NƏZƏRİYYƏSİ 23.09.2015 TƏTBİQİ RİYAZİYYAT 30.09.2015 RİYAZİ ANALİZ 07.10.2015 MAYE VƏ QAZ MEXANİKASI 14.10.2015 FUNKSİONAL ANALİZ 21.10.2015 SÜRÜNCƏKLİK NƏZƏRİYYƏSİ 28.10.2015 QEYRİ-HARMONİK ANALİZ 04.11.2015 ELASTİKLİK VƏ PLASTİKLİK NƏZƏRİYYƏSİ 11.11.2015 DİFERENSİAL TƏNLİKLƏR 18.11.2015 DALĞA DİNAMİKASI 25.11.2015 RİYAZİ FİZİKA TƏNLİKLƏRİ 02.12.2015 CƏBR VƏ RİYAZİ MƏNTİQ 09.12.2015 HESABLAMA RİYAZİYYATI VƏ İNFORMATİKA 16.12.2015 FUNKSİONAL ANALİZ 23.12.2015 QEYRİ […]

Faydalı linklər