Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

E L A N

15 yanvar 2016-cı il tarixində saat 14-00-da AMEA Riyaziyyat və Mexanika İnstitutu nəzdində riyaziyyat üzrə elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün B/D 01.111 birdəfəlik dissertasiya şurasının növbəti iclasında İlqar Qürbət oğlu Məmmədovun “Yüksək tərtibli qeyri-hamar əmsallı hiperbolik tənliklər üçün çoxölçülü lokal və qeyri-lokal sərhəd məsələlərinin həlli və onların optimal idarə məsələlərinə tətbiqi” […]

E L A N

13.01.2016-cı il saat 10:00-da Ümuminstitut seminarında BDU-nun “Cəbr və həndəsə” kafedrasının dosenti Bayramov Sədi Andəm oğlu “Soft topoloji fəzalar kateqoriyasında sinqulyar homoloji nəzəriyyə” mövzusunda məruzə edəcəkdir. Məruzədə Soft topoloji fəzalar kateqoriyasında sinqulyar homoloji qruplar daxil edilmiş və bu qruplar üçün homoloji nəzəriyyənin aksiomlarının ödənilməsi isbatlanmışdır. Homotopik invariantlıq kəsmə və ölçü haqqında teoremlər isbatlanmış, dəqiq homoloji […]

Professor Vaqif Guliyev, dos. Elman İbrahimov, r.ü.f.d. Mehriban Ömərova Türkiyədə elmi ezamiyyətdə olmuşlar

AMEA Riyaziyyat və Mexanika İnstitutunun Riyazi analiz şöbəsinin müdiri, AMEA-nın müxbir üzvi, prof. Vaqif Guliyev, dos. Elman İbrahimov, r.ü.f.d. Mehriban Ömərova elmi araşdırmaları aparmaq məqsədi ilə Türkiyənin Ahi Evran Universitetində (Kirsehir ş.) 19.12.2015-29.12.2015 tarixlərində elmi ezamiyyətdə olmuşdurlar. Səfər müddətində Ahi Evran Universitetində dos. Ali Akbulut, Dr. Fatih Deringöz və Dr. Seyda Keles ilə birgə elmi […]

“Qeqenbauer çevirməsi haqqında” mövzusunda Ümuminstitut seminarı keçirilib

Ümuminstitut seminarını giriş sözü ilə institutun direktoru, fizika-riyaziyyat elmləri doktoru,  professor  Misir Mərdanov açaraq Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə  institut əməkdaşlarını səmimi qəlbdən təbrik etmiş, onlara yeni ildə möhkəm can sağlığı, işlərində müvəffəqiyyət və daha böyük uğurlar arzu etmişdir. Sonra RMİ-nin “Riyazi analiz” şöbəsinin aparıcı elmi işçisi, f.-r.e.n., dos. Elman Cavanşir […]

E L A N

30.12.2015-ci il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Riyazi analiz” şöbəsinin aparıcı elmi işçisi, f.-r.e.n., dos. Elman Cavanşir oğlu İbrahimov “Qeqenbauer çevirməsi haqqında” mövzusunda məruzə edəcəkdir. Məruzə analizdə çox mühüm yeri olan inteqral çevirmələr nəzəriyyəsinə həsr olunmuşdur. Məruzədə yeni Qeqebnauer inteqral çevirməsinin xassələri haqqında ətraflı məlumat veriləcəkdir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına […]

Xacə Nəsirəddin Tusinin “Məntiqin təcridi (Təcridul-mantıq)” əsərinin rus dilinə ilk tərcüməsiolan “Извлечение из логики” kitabının təqdimatı

Oxuculara təqdim edilən bu kitab, XIII əsrdə yaşayıb yaratmış dahi mütəfkkir azərbaycanlı alim, ensiklopedik zəka sahibi Nəsirəddin Tusinin məntiq elminə dair məşhur fəlsəfi traktatlarından birinin ərəb dilindən rus dilinə tərcüməsidir. Kitab Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr edilmişdir. Klassik məntiq elminin bütün bölmələrini əhatə edən əsər məntiq və […]

Faydalı linklər