24/04/2015
Riyaziyyat və Mexanika İnstitutunun Riyazi analiz şöbəsinin müdiri, AMEA-nın müxbir üzvi, professor Vaqif Quliyev 2015-ci il mayın 25-dən 29-dək Rusiyanın Steklov adına Riyaziyyat İnstitutunda keçiriləcək akademik S.M.Nikolskinin 110 illik yubileyinə həsr edilmiş “Funksiyalar fəzası və funksiyaların yaxınlaşma nəzəriyyəsi” adlı beynəlxalq konfransa dəvət almışdır. AMEA-nın müxbir üzvi, professor Vaqif Quliyev “Karnot qruplarında təyin edilmiş kəsr inteqral […]
22/04/2015
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclasda “Riyazi fizika tənlikləri”, “Diferensial tənliklər”, “Funksional analiz”, “Sürüncəklik nəzəriyyəsi”, “Hesablama riyaziyyatı və informatika” şöbələrinin bu ilin I rübü üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatları dinlənilib. Sonra “Riyazi fizika tənlikləri” şöbəsinin aparıcı elmi işçisi r.e.d Nihan Əliyevə Diferensial tənliklər ixtisası üzrə professor […]
22/04/2015
Aprelin 22-də AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Maksimal funksiya və potensial tipli inteqralların dəyişən dərəcəli Morri fəzalarında tədqiqi” mövzusunda Ümuminstitut seminarı keçirilib. Seminarda “Riyazi analiz” şöbəsinin aparıcı elmi işçisi, f-r.e.n, dos. Cavanşir Həsənov məruzə edib. Məruzə Hardi-Littlvud maksimal funksiyası və potensial tipli inteqralların dəyişən dərəcəli Morri fəzalarında məhdudluğunun araşdırılmasına həsr olunub.
22.04.2015-ci il saat 10:00-da Ümuminstitut seminarında “Riyazi analiz” şöbəsinin aparıcı elmi işçisi, f-r.e.n, dos. Cavanşir Cavad oğlu Həsənov “Maksimal funksiya və potensial tipli inteqralların dəyişən dərəcəli Morri fəzalarında tədqiqi” mövzusunda məruzə edəcəkdir. Məruzə Hardi-Littlvud maksimal funksiyası və potensial tipli inteqralların dəyişən dərəcəli Morri fəzalarında məhdudluğunun araşdırılmasına həsr olunmuşdur.
16/04/2015
1.Актуальные проблемы механики:физико-химическая механика жидкостей и газов.Сборник трудов.-М.-Наука-2010-349с.2.Fluxes and structures in Fluids:International Conference:June-25-28,2013,Saint-Petersburg:Selected Papers of International Conference.-M.-2014-252p
15/04/2015
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın iclası keçirilib. İclasda gündəlikdə duran məsələlər müzakirə edilib. “Cəbr və riyazi məntiq”, “Funksiyalar nəzəriyyəsi”, “Maye və qaz mexanikası”, “Dalğa dinamikası”, “Elastiklik və plastiklik nəzəriyyəsi” şöbələrinin 2015-ci ilin birinci rübü üzrə elmi və elmi-təşkilati fəaliyyətləri haqqında hesabatları dinlənilib. Bu il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı […]