13/11/2015
18.11.2015-c1 tarixində “Diferensial tənliklər” şöbəsinin seminarında AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, f.r.e.n., dos. İlqar Qürbət oğlu Məmmədov “Qeyri-hamar əmsallı ümumiləşmiş Manjeron tənliyi üçün Dirixle məsələsinin korrekt həllolunması barədə” mövzusunda məruzə edəcəkdir. Qeyri-hamar əmsallı, dördtərtibli bir psevdoparabolik tənlik üçün uzlaşma şərtləri tələb etməyən qeyri-klassik şərtli Dirixle məsələsinə baxılır. Qoyulan məsələnin həlli izotrop Sobolev fəzasında […]
Bu gün Ümuminstitut seminarında “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi, r.e.d., prof. Aqil Xanməmmədov “Bəzi qeyri-xətti tənliklərin tərs spektral məsələ metodu ilə inteqrallanması” mövzusunda məruzə edib. Məruzədə sonsuz Toda zənciri və Volter zənciri üçün müxtəlif siniflərdə Koşi məsələsinə baxılıb. Müəyyən siniflərdə qlobal həllərin varlığı isbat olunur. Tərs spektral məsələ metodu ilə həllərin tapılması alqoritmi verilir.
11.11.2015-ci il saat 10.00-da Ümuminstitut seminarında “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi, r.e.d., prof. Aqil Xanməmmədov “Bəzi qeyri-xətti tənliklərin tərs spektral məsələ metodu ilə inteqrallanması” mövzusunda məruzə edəcəkdir. Məruzədə sonsuz Toda zənciri və Volter zənciri üçün müxtəlif siniflərdə Koşi məsələsinə baxılır. Müəyyən siniflərdə qlobal həllərin varlığı isbat olunur. Tərs spektral məsələ metodu ilə həllərin tapılması […]
10/11/2015
05 noyabr 2015-ci il tarixində İsmayıllı rayonunda AMEA-nın müxbir üzvü, f-r.e.d., professor, əməkdar elm xadimi Maqsud Əlisimran oğlu Cavadova həsr olunmuş xatirə günü keçirilmişdir. Tədbirdə AMEA-nın müxbir üzvü, prof. Maqsud Cavadovun oğlu, nəvəsi və nəticəsi, İsmayıllı rayonunun ziyalıları və şagirdləri, AMEA Riyaziyyat və Mexanika İnstitutunun və Bakı Dövlət Universitetinin alimləri iştirak ediblər. AMEA Riyaziyyat və […]
10/11/2015
Noyabrın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaq keçirilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yığıncaqda iştirak edib. Dövlətimizin başçısı AMEA-nın ümumi yığıncağında nitq söyləyib. Prezident İlham Əliyevin nitqi: -Hörmətli xanımlar və cənablar, əziz dostlar. İlk növbədə, mən sizi və bütün Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə ürəkdən təbrik edirəm. Biz […]
06/11/2015
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezidentin fərdi təqaüdlərinin verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram: Azərbaycan elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası […]