Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi münasibətilə, Azərbaycan elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:   “Əməkdar elm xadimi” Balakişibəyli Şahin Abdulhəlim oğlu Əkpərov Zeynal İba oğlu Əliyev Kamran İmran oğlu Haşımzadə Firudin Məmməd Əli oğlu Kazımov Qəzənfər Şirin […]

Azərbaycan Milli Elmlər Akademiyası əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi münasibətilə, Azərbaycan elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:   “Şərəf” ordeni ilə İbrahimov İsmayıl Əli oğlu “Şöhrət” ordeni ilə Abdinov Cavad Şahvələd oğlu Əli-Zadə Validə Mövsüm qızı Əzizov Akif Həmid oğlu Kəlbəliyev Qüdrət İsfəndiyar oğlu […]

Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın iclası keçirildi

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın iclası keçirildi. İclasda “Riyazi fizika tənlikləri” , “Differensial tənliklər” , “Cəbr və riyazi məntiq” və “Hesablama riyaziyyatı və informatika” şöbələrinin illik hesabatı dinlənildi.

Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirildi

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın  iclası keçirildi. İclasda “Sürüncəklik nəzəriyyəsi” , “Funksional analiz” , “Qeyri-harmonik analiz” və “Dalğa dinamikası” şöbələrinin illik hesabatı dinlənildi.

“Qeyri bircins ortotrop lövhə, örtük və boru kəmərlərinin dayanıqlığı və rəqsləri haqqında” mövzusunda Ümuminstitut seminarı keçirildi

Bu gün Ümuminstitut seminarında “Elastiklik və plastiklik nəzəriyyəsi şöbəsi” şöbəsinin müdiri, f.r.e.d. prof. V.C. Hacıyev “Qeyri bircins ortotrop lövhə, örtük və boru kəmərlərinin dayanıqlığı və rəqsləri haqqında” mövzusunda məruzə edib. Məruzədə kəsilməz qeyri bircins ortotrop lövhə və örtüklərin və qeyri bircins boru kəmərlərinin müxtəlif xassəli xarici mühitin müqaviməti nəzərə alınmaqla dayanıqlığı və rəqsi hərəkətlərinin tədqiqindən […]

E L A N

04.11.2015-c1 il saat 10:00-da Ümuminstitut seminarında “Elastiklik və plastiklik nəzəriyyəsi şöbəsi” şöbəsinin müdiri, f.r.e.d. prof. V.C. Hacıyev “Qeyri bircins ortotrop lövhə, örtük və boru kəmərlərinin dayanıqlığı və rəqsləri haqqında” mövzusunda məruzə edəcəkdir. Məruzədə kəsilməz qeyri bircins ortotrop lövhə və örtüklərin və qeyri bircins boru kəmərlərinin müxtəlif xassəli xarici mühitin müqaviməti nəzərə alınmaqla dayanıqlığı və rəqsi […]

Faydalı linklər