Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

AMEA Riyaziyyat və Mexanika İnstitutunun Ümuminstitut seminarında İsrailin Təl-Əviv Universitetinin professoru Yakov Yakubov məruzə edib

Dekabrın 10-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun Ümuminstitut seminarında İsrailin Təl-Əviv Universitetinin professoru Yakov Yakubov «Hilbert və Banax fəzalarında elliptik diferensial-operator məsələləri üzrə son tədqiqatlar» mövzusunda məruzə edib. Məruzədə Hilbert və Banax fəzalarında ikinci, dördüncü və daha yüksək tərtibli elliptik differensial operator tənlikləri üçün sərhəd məsələləri üzrə son nəticələr təqdim edilib. İzomorfizm haqqında nəticələr, həllərin qiymətləndirilməsi, spektrin […]

E L A N

12 dekabr 2014-cü il tarixində saat 14:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutu nəzdində riyaziyyat üzrə elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün D 01.111 dissertasiya şurasının iclasında Bəhruz Kərimbala oğlu Ağarzayevin “Çoxölçülü potensiallar və onların tətbiqləri” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında və Aynur Hidayət qızı Həsənovanın “Parabolik tip tənliklər üçün bir sıra […]

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda görkəmli riyaziyyatçı akademik Mirabbas Qasımovun 75 illiyinə həsr olunmuş “Diferensial operatorların spektral nəzəriyyəsi” adlı respublika elmi konfransı keçirilib

Konfransı giriş sözü ilə AMEA-nın vitse-prezidenti akademik Akif  Hacıyev açıq elan edib. O, tədbir iştirakçılarına Mirabbas Qasımovun həyat və fəaliyyəti haqqında məlumat verib, xatirələrini bölüşüb. Daha sonra M.Qasımovun tələbələri olmuş professor Sabir Mirzəyev və Hidayət Hüseynov müəllimləri ilə bağlı xoş xatirələrini tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Onlar M. Qasımovun riyaziyyat elminə verdiyi tövhələrdən danışıblar. Konfrans məruzələrlə […]

E L A N

10.12.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında İsrailin Təl-Əviv Universitetinin professoru Yakov Sasun oğlu Yakubov «Hilbert və Banax fəzalarında elliptik diferensial-operator məsələləri üzrə son tədqiqatlar» mövzusunda məruzə edəcəkdir. Məruzədə Hilbert və Banax fəzalarında ikinci, dördüncü və daha yüksək tərtibli elliptik differensial operator tənlikləri üçün sərhəd məsələləri üzrə son nəticələr təqdim ediləcək. Bir sıra hallarda, sərhəd şərtləri qeyri-requlyar, […]

Riyaziyyat və Mexanika İnstitutunun Dissertasiya Şurasında riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi müdafiə edilib

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunun Dissertasiya Şurasında institutun “Riyazi analiz” şöbəsinin aparıcı elmi işçisi, f-r.e.n Rövşən Bəndəliyev riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi müdafiə edib. “Banax funksional fəzalarında harmonik analizin inteqral operatorları və bəzi tətbiqləri” mövzusunda olan dissertasiya işi şuranın müsbət rəyini alıb. Qeyd edək ki, alınmış nəticələr sıxılmayan […]

Azərbaycan Milli Elmlər Academiyasının Riyaziyyat və Mexanika İnstitutunun kitabxanasına daxil olan jurnalların siyahısı

The Journal of Symbolic Logic – 2014 v.79 № 3 The Bulletin of Symbolic Logic – 2014 v.20 № 3

Faydalı linklər