Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

E L A N

22.09.2015-c1 il saat 10:00-da Ümuminstitut seminarında “Tətbiqi Riyaziyyat” şöbəsinin əməkdaşı, texnika elmləri namizədi Elxan Məcid oğlu Abbasov  “Qeyri-bircins  “lay -quyu” sistemində qaz-maye qarışığının axın proseslərinin riyazi modelləşdirilməsi” mövzusunda məruzə edəcəkdir. Layın deformasiyası və qeyri-bircinsliyi nəzərə alınmaqla qaz-maye qarışığının “lay-quyu” sistemində qeyri-müntəzəm axını təsvir edən inteqral riyazi modeli qurulmuş və qeyri-xətti əlaqəli diferensial tənliklərin həlli tapılmışdır. […]

E L A N

22 sentyabr 2015-ci il tarixində saat 14-00 AMEA Riyaziyyat və Mexanika İnstitutunda fəaliyyət göstərən D.01.111 dissertasiya şurasının növbəti iclasında Yaqub Əmiyar oğlu Şərifovun “Bəzi qeyri-lokal şərtli sərhəd və optimal idarəetmə məsələlərinin tədqiqi” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin müdafiəsi AMEA RMİ-nin akt zalında keçiriləcəkdir.

AMEA-nın 70 illik yubileyinə həsr olunmuş “Riyazi analiz, Diferensial Tənliklər və onların Tətbiqləri RADTT-7″ üzrə VII Beynəlxalq Konfransının video çarxları

Konfransın açılışı Plenar məruzələr Ukrayna Riyaziyyat İnstitutunun direktoru Anatoliy Samoylenko Kent Universitetinin (ABŞ) professoru Andrievskiy V.V. Texas A&M Universitetinin (ABŞ) professoru Yalçın Əfəndiyev Çelm Dövlət Ali Təhsil Məktəbinin (Polşa) rektoru Zajaç Vaqif Quliyev (AMEA Riyaziyyat və Mexanika İnstitutu, Azərbaycan) Perestyuk M.A. (Şevçenko Universiteti, Ukrayna) Moskva Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsinin dekanı, professor Vladimir Chubarikov Qaliley adına Tətbiqi Riyaziyyat Elmi Tədqiqat Mərkəzinin (İsrail) direktoru Shoikhet D. Sabir […]

Moskva Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsinin dekanı, professor Vladimir Chubarikov AMEA-nın 70 illik yubileyinə həsr olunmuş “Riyazi analiz, Diferensial Tənliklər və onların Tətbiqləri RADTT-7” üzrə VII Beynəlxalq Konfransında Plenar məruzəsi

Kembric Universitetinin nəşriyyatı tərəfindən “A.Pinkus, Ridge functions, Cambridge University Press, 2015, 210 pp.” monoqrafiyası çapdan çıxmışdır

Müasir elmin bir sıra sahələrində ridge funksiyalar xüsusi əhəmiyyət kəsb edir. Ridge funksiyaların təbii şəkildə meydana meydana çıxdığı sahələrə misal olaraq yaxınlaşmalar nəzəriyysəini, xüsusi törəməli diferensial tənliklər nəzəriyyəsini, kompüter tomoqrafiyasını və statistikanı göstərmək olar. Ridge funksiyaların geniş tətbiq tapdığı müasir elm sahələrindən biri də neyron şəbəkələr nəzəriyyəsidir. Neyron şəbəkələr isə öz növbəsində kompüter elmi, maliyyə, […]

AMEA-nın 70 illik yubileyinə həsr olunmuş “Riyazi analiz, Diferensial Tənliklər və onların Tətbiqləri RADTT-7″ üzrə VII Beynəlxalq Konfransının yekunları haqqında

09-13 sentyabr tarixində Riyaziyyat və Mexanika İnstitutunun təşkilatçılığı ilə AMEA-nın 70 illik yubileyinə həsr olunmuş Azərbaycan, Türkiyə və Ukrayna riyaziyyatçılarının birgə “Riyazi Analiz, Diferensial Tənliklər və onların Tətbiqləri” adlı (MADEA-7) VII Beynəlxalq Konfrans keçirildi. Konfransı giriş sözü ilə MADEA-7 konfransının həmsədri professor Fəxrəddin Abdullayev açıq elan etdi. Sonra AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Ukrayna Riyaziyyat […]

Faydalı linklər