15/05/2014
“Riyazi analiz” şöbəsinin müdiri, f.-r.e.d., prof. Vaqif S. Quliyev Türkiyənin Dumlupinar Universiteti Matematik bölümündə (Kutahya ş.) Dumlupinar Universitetinin professoru İsmayıl Ekinçioğlu və Algarve Universitetinin (Faro, Portuqaliya) və Cənub Federasiyası Universitetinin (Rostov, Rusiya) professoru Stefan Samko ilə birgə elmi araşdırmalar aparmaq üçün 14.04.2014 – 24.04.2014 tarixlərində Dumlupinar Universitetində elmi ezamiyyətdə olmuş və “Maksimal və sinqulyar inteqral operatorlarının […]
Mayın 14-də AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda “Sıxma dərəcəsi dəyişən daxili yanma mühərrikləri” mövzusunda Ümuminstitut seminarı keçirilib. Seminarda “Dalğa dinamikası” şöbəsinin müdiri, f-r.e.d, prof. Cəfər Ağalarov məruzə edib.
08/05/2014
Mayın 7-də AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda keçirilən Ümuminstitut seminarında ABŞ-ın Texas Texniki Universitetinin “Elektrik və Kompyuter mühəndisliyi” şöbəsinin Tətbiqi proqnozlaşdırma laboratoriyasının direktoru, prof. Hamed Sair-Sarraf məruzə edib. “Texniki proqnozlaşdırma və onun riyazi əsasları” mövzusuna həsr olunan seminarda Tətbiqi proqnozlaşdırma laboratoriyasında işlənib hazırlanmış proyektlər seminar iştirakçılarına nümayiş etdirilib. Bu proyektlər texniki proqnozlaşdırmanın sənaye, materialların səciyyələndirilməsi, […]
30/04/2014
İclasda gündəlikdə duran məsələlər müzakirə edildi, hesabatlar dinlənildi. Şöbə müdirləri 2014-cü ilin I rübündə görülən işlər barəsində şura üzvlərinə məlumat verdilər.İclasda institutun nizam-intizam qaydalarına əməl etməyən işçilər barəsində tədbir görüldü. Daha sonra institutun doktoranturasına qəbul olan 3 şəxsin fərdi iş planları təsdiq edildi.
30/04/2014
Seminarda “Hardi operatoru üçün dəyişən üstlü Lebeq fəzalarında zəruri və kafilik şərtləri haqqında” mövzusunda “Riyazi fizika tənlikləri” şöbəsinin əməkdaşı f-r.e.d. Fərman Məmmədov məruzə edib. Məruzə dəyişən üstlü Hardi bərabərsizliyi üçün müxtəlif zəruri və kafilik şərtlərinin araşdırılmasına həsr olunub. Həmin istiqamətdəki işlər JMAA, ZAA, JİA kimi SCİ indeksli müxtəlif jurnallarda çap edilib. Nəticə 2014-də AAA jurnalında çapa […]
24/04/2014
Seminarda mövzu üzrə “Cəbr və riyazi məntiq” şöbəsinin əməkdaşı f-r.e.n., dos. Aydın Şahbazov məruzə etdi. Aydın Şahbazov kompaktda təyin olunmuş funksiyalar cəbrində endomorfizmlərin, eləcə də çəkili endomorfizmlərin müntəzəm normaya görə bəzi spektral xassələrinin 70-ci illərdən konkret müntəzəm cəbrlərdə fəal surətlə araşdırıldığını qeyd etdi. Məruzdə müntəzəm cəbrləri əhatə edən, həm də çəkili tip endomorfizmlərin ümumi şəkildə […]