17/04/2014
Aprelin 16-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda “Dağılmadan əvvəlki uc zonaları dəyişkən enli yarığın sahillərinin qarşılıqlı təsiri haqqında kontakt məsələ” mövzusunda Ümuminstitut seminarı keçirilib. Seminarda “sürüncəklik nəzəriyyəsi” şöbəsinin əməkdaşı f-r.e.d., prof. Vaqif Mirsəlimov məruzə edib. Məruzədə seminar iştirakçılarına elastiki deformasiya ilə ölçülən dəyişkən enli yarığı olan elastiki müstəvinin həcmi qüvvələrlə sıxılması haqqında müstəvi məsələsi barəsində […]
11/04/2014
Görüşün gənc alimlərin problemlərinin aradan qaldırılması və təkliflərinin gerçəkləşdirilməsi məqsədilə təşkil edildiyini söyləyən Şuranın sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov tədbir iştirakçılarına Şura haqqında ətraflı məlumat verdi. Gənc alim və mütəxəssilər şurasının sədr müavini, Riyaziyyat və Mexanika İnstitutu üzrə sədri, riyaziyyat üzrə fəlsəfə doktoru Famil Seyfullayev institutun gənc alimləri haqqında statistik məlumat verdikdən sonra gənclərin […]
04/04/2014
Aprelin 4- də AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Dissertasiya Şurasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Əcnəbi vətəndaşların hazırlığı” fakültəsinin dekanı Ramiz İsgəndərov riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsini almaq üçün dissertasiya işi müdafiə edib. “Zədələnmələri nəzərə alınan möhkəmləndirilmiş konstruksiya elementlərinin özlü-elastiki mühitdə dayanıqlığı” mövzusunda olan dissertasiya işi şura üzvlərinin müsbət rəyini alıb. Dissertasiyada alınmış nəticələr […]
03/04/2014
Seminarda BDU-nun “Riyazi analiz” kafedrasının əməkdaşı, f-r.e.n, dos. Rəşid Əliyev məruzə edib. Məruzədə P.L.Ulyanovun tədqiqatlarına istinad olunub. Belə ki, P.L.Ulyanov A- inteqral anlayışından istifadə edərək göstərmişdir ki, Lyapunov əyrisi ilə hüdudlanmış oblaslarda mütləq kəsilməz ölçünün Koşi tipli inteqralı öz sərhəd qiymətlərirnin A-Koşi inteqralı olur. Bu şərtə müəyyən inteqral anlayışlar daxil edərək Lyapunov əyrisi ilə hüdudlanmış […]
03/04/2014
İclasda bir sıra cari məsələlər müzakirə edildi. İnstitutun görkəmli alimlərinin yaradıcılığı haqqında virtual məkanda ətraflı məlumatların yerləşdirilməsi məsələsinin vacibliyi vurğulandı. İclasda Şura üzvləri AMEA-nın həqiqi üzvlüyünə AMEA- nın müxbir üzvü, prof. Rauf Hüseynovun, AMEA-nın müxbir üzvlüyünə isə Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru Misir Mərdanovun namizədliyini irəli sürdülər.
13/03/2014
Münhendə dünya şöhrətli riyaziyyatçı Məsud Əfəndiyevin 60 illik yubileyinə həsr olunmuş “Biologiya, fizika və mexanikada qeyri-xətti hadisələr” adlı Beynəlxalq konfrans başa çatmışdır. O, ilk Azərbaycanlıdır ki Aleksandr fon Humbold mükafatına layıq görülmüşdür. Konfransda Yaponiya, Avropa, Amerika, Avstraliya, Kanada və Afrikanın aparıcı alimləri və “Springer”, “Birkhauser”, “Gakkotoscho”(Yaponiya), PSSQV (ABŞ) nüfuzlu nəşrlərin nümayəndələri iştrak etmişdir. Konfransı Bavariya […]